Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                     Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? .....                     Günün fotosu: .....                     Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür .....                     SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU .....                     "Başçıya demişik... amma nə olsun..." .....                     Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı .....                     Azərbaycanı onlar ŞİKAYƏT EDİB .....                     Ağstafada hərbçilər dəm qazından zəhərləndi .....                     Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb .....                     Hacı Qalib SÜKUTU POZDU... .....                     Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL .....                     “Rus evi” elə USAİD-in bir formasıdır... .....                     Marketlərimizin ƏDV FIRILDAĞI .....                     Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik .....                     Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... .....                     Jurnalist Şəmşad Ağa saxlanılıb .....                 

Satranç ustadı - Kim bilir, daha kimləri mat qoyacaq...
Tarix: 21-04-2024, 10:35 | Çap et
Satranç ustadı
Mogikan qəbiləsinin əsir düşmüş sonuncu nümayəndəsi Unkası edama apararkən sinəsindəki döyməni - göy çanaqlı bağanı - görən delavarlar qarşılarındakının kim olduğunu anlayınca heyrətdən çaşıb qalırlar. Və Unkas bu sözləri deyir: “Lenni-Lenap camaatı! Göy qübbəsi mənim nəslimin çiyinlərində dayanır! Sizin zəif qəbiləniz də mənim zirehli çanağımın sayəsində ayaqdadır!”.

Bundan sonra özlərinə inamı itirmiş delavarların başına keçən və Göy Qübbəsini çiyinlərində daşıyan Göy Çanaqlı Bağanın sonuncu övladı Unkas düşmənləri darmadağın edir…

***

Komendantlıqdan çıxıb qənbər döşənmiş küçənin o biri tərəfinə keçdim və şinelin məni həmişə darıxdıran, nəfəsimi daraldan üst qarmağını hirslə açdım. İndi sinədolusu nəfəs almaq olardı. Tez-tez olmasa da, əsası XI əsrdə qoyulmuş bu kiçik alman şəhərinin dar küçələrində dolaşmağı sevirdim, çünki həmin anlarda yad torpaqlarda əsgər olduğumu unudur, xəyalən doğma Bakının böyüdüyüm küçə və dalanlarının yanından ötür, canına neft və dəniz qoxusu hopmuş havasını udurdum.

Tini burulub üçmərətəbli binanın balkonları altından keçirdim ki, arxamda nəyinsə guppultu ilə yerə dəyib partladığını eşitdim. Geriyə qanrılanda sudolu iri şüşə balonun çilik-çilik olduğunu gördüm. Şinelimin ətəyi su və xırda şüşə qırıntılarının içində idi. Yuxarı boylananda kimsəni görməsəm də, qulağımı “Raus” (“İtil”) çığırtısı deşdi. 1980-ci il idi. Mən isə hələ bir il də Sovet qoşunlarının Almaniyadakı qoşun kontingentinin tərkibində qulluq etməliydim...

Belə hallar bu və ya digər şəkildə sonralar da təkrar olunmuşdu. İşğalçı ordunun sərbazlarını kim sevər ki...

Doqquz il sonra almanları ta 1961-ci ildən bir-birindən ayıran Berlin divarı çökdü, lakin son rus əsgəri Almaniyadan yalnız 1994-cü ildə çıxdı. Almaniya artıq birləşmişdi və bunu bir güllə belə, atmadan, indiki yüngül Qərb siyasətçilərinin ətəyinə su tökə bilmədikləri Bundeskansler Helmut Kol (Kohl) etmişdi.

***

2020-ci ildən bəri Azərbaycan məşəqqətli tarixinin, heç şübhəsiz, ən şanlı dövrlərindən birini yaşayır. İkinci Qarabağ savaşındakı böyük qələbə, 2023-cü ildəki ildırımsürətli antiterror əməliyyatı və separatçı ilanın başının əzilməsi nəticəsində Xankəndi və bir neçə yaşayış məntəqəsinin də azad edilməsi torpaqlarımızın bütünlüyünə gətirib çıxardı. Millət köksündən nəfəs aldı, qırışığı bir az da açıldı. Azad edilmiş ərazilərdə genişmiqyaslı minalardan təmizləmə və ən əsası quruculuq işləri davam edir. Məcburi köçkünlər dədə-baba torpaqlarına dönür, ocaqlarına yiyə dururlar. Həyat dinc məcrasına qayıdır. Amma...

Amma Dünya çalxalanır. Rusiyanin Ukraynaya qarşı apardığı işğalçı savaşı iki ildir ki, səngimək bilmir. Bu müharibə artıq Qərblə Rusiyanın planetar miqyasda qarşıdurmasına çevrilib. İsrail Qəzzada kök salmış HƏMAS-ın heyfini dinc əhalidən də çıxır və bu, azmış kimi İranla da kəllə-kəlləyə gəlir. Hər iki dövlət genişmiqyaslı müharibə astanasındadır – bir-birini raket atəşinə tuturlar.

Bir sözlə, Amerika, Orta Şərq ölkələri – aləm bir-birinə dəyib. Qonşu Gürcüstan da qaynayır. Bütün bunlar azmış kimi, Avropanın aparıcı dövlətləri, xüsusən də Fransa Azərbaycana qarşı sanki səlib yürüşünə çıxıb. Ermənistana qahmar çıxır, onu silahlandırır və belə düşünürlər ki, bizi ram edə biləcəklər. Alınmır. Azərbaycanın öz ərazisi və bölgəsində söz sahibi olmasını sinirə bilmirlər, çünki oyunları pozulur. Və...

Belə bir mürəkkəb geosiyasi durumda dalbadal iki nəfəskəsici Qələbə - Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı (hərbi) kontingentinin vaxtından ilyarım əvvəl torpaqlarımızı tərk etməsi və hələ də erməni işğalı altında olan 8 kəndimizdən dördünün bir güllə belə, atılmadan geri alınması.

Nə yalan söyləyim, 2020-ci ildə rus sərbazlarının sülhməramlı qiyafəsində Azərbaycana dürtülməsi hamı kimi məni də ruhdan salmışdı, çünki onların tapdağından təzə çıxmışdıq və düşünürdüm ki, Rusiya bölgəmizdə yerini bir az da möhkəmləndirdi - yəni yersiz gəldi, yerli qaç.

Və yalnız indi nə qədər yanıldığımın fərqinə varmışam. Bu qənaətdəyəm ki, dünya siyasətinin əksər cahangirləri düşdüyü labirintlərdən qarşısını minotavrlar kəssə belə, məharətlə çıxmağı bacaranın Lider olduğunu heç cür dana bilmirlər, çünki Ariadna ipinin nə olduğundan xəbərsizdirlər.

Ən maraqlısı isə Azərbaycan dövlətinin sükanını əlində möhkəm tutan Lider öncədən və açıq-açığına torpaqlarımızın bütövlüyünü təmin edəcəyini bəyan edir və növbəti, sanki çıxılmaz labirintə daxil olur. Və növbəti dəfə hamı baş sındırır ki, indi necə, kələfin ucunu tapacaqmı? Yoxsa yenə hamını – konspiroloq, kəşfiyyatçı və nazirlərdən tutmuş ta beynəlxalq təşkilatlar, dövlət başçıları və kim bilir, daha kimləri şaşırdaraq mat qoyacaq?

Bir sıra politoloqlar Ona qrossmeyster deyirlər. Düz də deyirlər. Zənnimcə, Onun hər bir xanasını özünün yaratdığı satranç taxtası var və həmin taxtada yalnız piyadalar mövcuddur, amma onlar bir-birindən fərqlənirlər: əzəldən döyüşçü-piyada olduqlarını bilənlər və özlərini vəzir, “döyüş” fili və kəhəri sayıb da oyunun sonunda sadəcə piyada olduqlarını anlayanlar.

Və sonda. Azərbaycan Prezidentinin açıq və lazım gəldiyində görünməyən incə diplomatik fəaliyyəti bəhrəsini verməkdədir. Nə üçün verdi deyil, verməkdədir? Çünki ONUN və bizim hələ görüləsi işlərimiz çoxdur!

Müəllif: Elçin Şıxlı - ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
“Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05
Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01
Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru