Əsas Səhifə > Cəmiyyət / Manşet > Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar

Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar


15-10-2014, 14:45
Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar
DİA.AZ: - В«Bu gün Türkiyədə onlarla azərbaycanlı vəhabi var ki, Suriya ərazisinə keçməyə hazırlaşırВ». Bu şok məlumat DİA.AZ-ın elektron ünvanına göndərilib.

Xəbəri anonim olaraq verən mənbə iddia edir ki, ümumiyyətlə, Azərbaycandan İŞİD sıralarına cəlb olunanların böyük əksəriyyəti Türkiyə üzərindən Suriya və İraqa göndərilir.

diaaz.space-a daxil olan məlumat belədir: В«Azərbaycandan Suriyaya gedən 40-a yaxın mücahid Türkiyənin Adana şəhərində qərarlaşıb. Onlar İŞİD-ə qoşulmaları üçün müvafiq annı gözləyirlər.

Son günlər Türkiyənin öz sərhədlərini möhkəmlətməsi digər ölkələrdən gələn vəhabilərlə yanaşı, Azərbaycandan gedən vəhabilərin də İŞİD-ə qoşulmasını yubadırВ».

Daha sonra məlumatında mənbə iddia edir ki, Azərbaycandan gedən vəhabilərə elə Türkiyə ərazisindəcə hərbi təlimlər keçirilir.

Onu da bildirək ki, qardaş Türkiyənin rəsmi dairələrinin İŞİD-dən son zamanlara istifadəyə cəhddə bulunması haqda da müəyyən iddialar səslənməkdədir. Eyni zamanda Türkiyə KİV-lərində yer alan məlumatlarda deyilir ki, bu gün qardaş ölkənin küçələrində İŞİD-çilər olduqca sərbəst dolaşa bilir, hətta Türkiyənin xəstəxanalarında belə müalicə olunurlar.

Geri qayıt