Əsas Səhifə > Cəmiyyət / Manşet > Babək rayonunda tək sakinlərin yox, ALLAHIN DA EVİ SUSUZ QALIB...
Babək rayonunda tək sakinlərin yox, ALLAHIN DA EVİ SUSUZ QALIB...Dünən, 11:29 |
Babək rayon Payız kəndinin bir qrup sakini yayın istisində susuzluqdan çarəsiz duruma düşdüklərini bildirirlər. Məscid də daxil olmaqla kəndin bir hissəsinə gələn içməli su iki həftədən artıqdır ki, kəsilib. Sakinlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, problemə səbəb, içməli suy mənbəyini lil tutmasıdır.
Kənd sakini Nəsib Bağırov deyir ki, eyni problemi hər il yaz və yay alarında yaşayırlar. Aidiyyəti qurumlara ünvnlanan müraciətlər isə, hər dəfə cavabsız qalır:
“Məhəllə sakinləri, məsçidə ibadətə gələn insanlar su tapa bilmir. Babək rayon su-kanal idarəsinə, İcra Hakimiyyətinə, yerli nümayəndəliyə, hətta, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etsəm də, problem həll olunmayıb. Su kanal idarəsi bir müddət bu gün-sabah gəlib həll edəcəyik desə də, sonda Bakıya tabe olduqları üçün Bakıdan göstəriş gözlədiklərini, texnikalarının olmadığını bildirdilər. Texnika olanda göndərəcəklərini dedilər. Deməli bu məntiqlə texnika olmsa, mən və qonşular, eləcə də məsçid aylarla susuz qalacağıq.”
Hazırdda su ehtiyaclarını uzaq məsafədən əllərində su daşımaqla ödəyən sakinlər aidiyyəti orqanlara müraciət edərək, problemin tezliklə həll olunmasını tələb edirlər.
Geri qayıt |