Əsas Səhifə > Cəmiyyət, Manşet > Qaziyə vəkil ayrılmasından imtinanı hakimlər preyudisial akt sayır?
Qaziyə vəkil ayrılmasından imtinanı hakimlər preyudisial akt sayır?15-05-2024, 11:06 |
Son iki ildə bu sətirlərin yazarının Konstitusiyanın 25 (Bərabərlik hüququ), 26 ( İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) , 60 ( Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı), 61 (Hüquqi yardım almaq hüququ) maddələri ilə təminat verilən hüquq və azadlıqlarını dövlət hakimiyyətinin üç qolundan biri olan məhkəmə hakimiyyəti nəinki məhdudlaşdırıb, hətta qərarları ilə qadağa qoyub. 1-ci dərəcəli Qarabağ qazisinin hüquqlarına kobud qadağaya baxın, inzibati məhkəmə icraatında İnzibati Prosessual Məcəllənin ( İPM) 13 və 48 maddələri məhkəmənin özünün yardım etmək vəzifəsini doğrulasa da, hakim korpusu həm görəvinin icrasından imtina edir, həm də İPM-in 31.1 maddəsinə əsasən proses iştirakçısını vəkillə təmin olunmaq hüququndan. Qarşı tərəf isə- Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı DSMF-də Konstitusiyaya zidd yaradılan MƏHKƏMƏ FİLİALI – 39 saylı vəkil bürosu (?) , DİN Vəkillər Kollegiyasının özü (??) ilə təmsil olunur. ( VK-nın intizam komissiyasının üzvü Əlirza Həbilov DİN-də VK-nın vəkili, VK-da DİN-in nümayəndəsi ştatındadır) Bu da olur “hamının qanun və məhkəmə qarşısında bərabərliyi”! Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) 25.04.2023 tarixli qərardadı ilə iddiaçı 1-ci dərəcəli Qarabağ qazisinə dövlət hesabına vəkil ayrılmasından imtina edilib ki, vəkil yalnız kassasiya instansiyasında ayrıla bilər. Bu qərardaddan kassasiya şikayəti verməyə vəkillə təminatına ərizə verən qaziyə 02.05.2023 tarixli ŞİKAYƏT VERİLƏ BİLMƏZ aktla yenə imtina edilib və iş baxışdan çıxarılaraq Ali Məhkəməyə göndərilib. Ali Məhkəmənin İnzibati Kollegiyası ( İlqar Hüseynov, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlov) 8 aylıq “yazı-pozu” sonucunda 29.12.2023 tarixli qərardadla kassasiya şikayətini mümkün saymayıb. “Əsas” da bu absurd olub ki, vəkil ayrılmasından imtina qərardadlndan şikayəti vəkil tərtib etməyib, 02.05.2023 tarixli ŞİKAYƏT VERİLƏ BİLMƏZ qərardad MÜBAHİSƏLƏNDİRİLMƏYİB. (?) Ali absurdluğa baxın, apellyasiya instansiyası qərardaddan şikayət verilə bilməzliyini aktlaşdırır, Ali Məhkəmə şikayətə qadağadan şikayət verilməməsini iddiaçının suçu sayır. Şikayətə qadağa qoyulub, anında baxışdan çıxarılıbsa, ondan necə şikayət versin hüquqi yardımsız, vəkilsiz iddiaçı qazi ? Absurdluq bununla da bitməyib, hələ apellyasiya instansiyası “absurdluq məharətini” , məhkəməyə müraciəti HÜQUQDAN SUİ-İSTİFADƏ kimi aktlaşdırmaq “bacarığını” sərgiləməkdədir. 23.04.2024-cü ildə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Cahangir Yusifovun Mehriban Qarayeva ilə əvəzləndiyi eyni heyəti iddiaçının öncədən məhkəməyə təqdim etdiyi 9-cu dəfə eyni işə təyin edilən məhkəmə tərkibinə etirazına və vəkillə təminatı barədə ərizəsinə baxmadan ( Ali Məhkəmə Plenumunun 24.11.2005 tarixli, 3 saylı “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarının 6-cı bəndinə görə, etiraz daxil olandan dərhal baxılmalı və uyğun qərar qəbul edilməlidir) yekun akt çıxarıb. Bu aktdan kassasiya şikayəti verməyə yenə də dövlət hesabına vəkildən imtina edilir ki, Ali Məhkəmənin 29.12.2023 tarixli vəkildən imtina haqqında qərardadı qüvvədədir. (?) Bu isə o anlama gəlir ki, məhkəmə hakimiyyəti qərardadla vətəndaşın konstitusion məhkəmə təminatı, hüquqi yardım almaq hüququnu ləğv edib, Konstitusiyaya yolunu bağlayıb. Görəcəkli günlərimiz varmış, bəyəm Konstitusiyaya da covid-19 pandemiyası (məhkəmənin adından) qadağa qoyub? Yəqin NK quru yolunu açanda vətəndaşın da Konstitusiyaya yolu açılar(mı?). Hələ ki yolumuzu qadağa aktları bağlayıb... Məğrur Bədəlsoy - Qarabağ Qazisi diaaz.space Geri qayıt |