Əsas Səhifə > Cəmiyyət, Manşet > Göyçayda işçini qeyri-iş günü işə çağırdılar: BAŞINA İŞ GƏLDİ...

Göyçayda işçini qeyri-iş günü işə çağırdılar: BAŞINA İŞ GƏLDİ...


13-05-2024, 09:23
Göyçayda işçini qeyri-iş günü işə çağırdılar: BAŞINA İŞ GƏLDİ...
Göyçay Peşə Liseyinin (106) yataqxanasında məskunlaşan Şəmiyev Cavid Ələddin oğlunun ilan sancması səbəbilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir. Bu barədə diaaz.space-ya verilən məlumatda qeyd olunur.

Xəbərdə daha sonra deyilir: "Qeyd edək ki, o, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik Sahəsində fəhlə işləyir.

Hadisə C. Şəmiyev qeyri-iş vaxtı rəhbərlik tərəfindən ona tapşırılan əmri yerinə yetirərkən baş verib.

Belə ki, şənbə günü rəsmi iş saatı olmamasına baxmayaraq, C. Şəmiyev poliqona tullantıları boşaldarkən ətrafdakı köhnə vedrənin altında gizlənən ilan onu qolundan sancıb".

Göyçayda işçini qeyri-iş günü işə çağırdılar: BAŞINA İŞ GƏLDİ...

Hər halda, bizlərdə qeyri-iş günü işə çağrılan işçinin haqqının ödənilmədiyini yaxşı bilirik. Hələ əlavədən iş zamanı xəsarət aldığı təqdirdə...

Geri qayıt