Əsas Səhifə > Cəmiyyət, Manşet > "Onsuz da Naxçıvan bütövlükdə o gündədi..."

"Onsuz da Naxçıvan bütövlükdə o gündədi..."


15-04-2024, 12:31
"Onsuz da Naxçıvan bütövlükdə o gündədi..."
"Naxçıvanda korrupsiyaya bulaşmış öndə gedən nazirliklərdən biri Naxcıvan Mədəniyyət Naziriliyidir. Bu qurumun rəhbərliyi paslaşmış kadrlari ilə birlikdə istefa verməlidir, onsuz da bir gun dəmir barmaqlıqlar arxsından çölə həsrətlə baxacaqlar..." diaaz.space bildirir ki, bu fikirlər Muxtar Respublikada hazırki durumdan giley edən vətəndaşların dilindən səslənir.

"Onsuz da Naxçıvan bütövlükdə o gündədi..."

Bəzi narazı MR sakinlərinin gileylərini təqdim edirik...

***

"Onsuz da Naxçıvan bütövlükdə o, gündədi, belə ki, biz fəhlələrə Novruz bayramı deyib 7 gün saxladılar evdə və o, 7 günün əmək haqqını kəsdilər... İndi də Orucluq bayramı... Bu da bayram olmadı... fəhlə üçün qara bayramdır.... Bəs kimə deyək dərdimizi axı?"

***

"Bu yazıq məmurlar necə dolansınlar axı..."

***

"Son illər bu nə oyundur bilinmir, ilin ortasında məktəbləri təmir,adıyla bağlayırlar 2-3 il şagirdlər paylanır müxtəlif məktəblərə. Bu həm şagirdin sağlamlığına, biliyinə, maddi durumuna mənfi təsir göstərir,həm də onsuz da çoxu kasıb olan valideyinlər üçün çix ciddi problem yaradır. Məqsəd nədir? Gələcəyi məhv etmək, savadsız, xəstə vətəndaş yetişdirmək? Ölkədə bu qədər tikinti şirkəti var yay tətili zamanı sürətli təmir işlərin həyata keçirə bilməzlərmi? Necə olur gölləri, dərələri zibillərlə doldurub üstündə saysız binaları 1 aya tikə bikirlər, məktəbi təmir edə bilmirlər? Nədən ölkəyə, vətəndaşa ziyan vurulmalıdır? Hər kəs öz vicdanı ilə bacardığı qədər dövlətə, ölkəyə kömək etməlidir".


***

Davamı var...

Geri qayıt