Əsas Səhifə > Cəmiyyət, Manşet > "29000 abonentə bir işçi necə xidmət edə bilər?.."

"29000 abonentə bir işçi necə xidmət edə bilər?.."


27-03-2024, 11:06
"29000 abonentə bir işçi necə xidmət edə bilər?.."
" "Azəriqaz" İB regional idarələrindən çalışan işçilər bilmək istəyirlər ki, niyə işçi personalı ilə əlaqadar regionlar, o cümlədən işçilər arasında ayrı seçkilik salınır? Səbəb isə izah olunmur. Onlar düşünürlər ki, həddən artıq işlə yüklənmək həm də onların sağlamlığına təsir edir..." diaaz.space bildirir ki, narazı işçilər ilginc faktları da təqdim ediblər. Belə ki:

✅ Salyan XS Sayğacların qəbulu və istismarı xidməti Salyan rayonunun abonent sayi- 28 364 nəfər, işşi personalı isə 1 xidmətin rəisi ,2 mühəndisi və 2 cilingəri var.
✅ Imişli XS Sayğacların qəbulu və istismarı xidməti İmişli rayonunun abonent sayi 28 971 nəfər, işşi personalı isə 1 mühəndisi və 1 cilingəri var.
✅ Şirvan XS Sayğacların qəbulu və istismarı xidməti Şirvan şəhərinin abonent sayi- 21 283 nəfər, işçi personalı isə 1 xidmətin rəisi 2 mühəndisi və 2 cilingəri var.
✅ Haciqabul XS Sayğacların qəbulu və istismarı xidməti Hacıqabul şəhərinin abonent sayi- 14.802 nəfər, işçi personalı isə 1 xidmətin rəisi 2 mühəndisi və 2 cilingəri var.
✅ Neftçala XS Sayğacların qəbulu və istismarı xidməti Hacıqabul rayonunun abonent sayi- 16 509 nəfər, işçi personalı isə 1 xidmətin rəisi 2 mühəndisi və 2 cilingəri var.
✅ Sabirabad XS Sayğacların qəbulu və istismarı xidməti Sabirabad şəhərinin abonent sayi- təqribən 34 397nəfər, işçi personalı isə 1 xidmətin rəisi 1 mühəndisi və 2 cilingəri var.
✅ Saatlı XS Sayğacların qəbulu və istismarı xidməti Saatlı şəhərinin abonent sayi- 17.029 nəfər, işçi personalı isə 1 mühəndis. 1 çilingər və s.

İmişlidə 29000 abonentə 1 mühəndis 1 cilingər, amma eyni sayda olan abonenti olan Salyanda 5 isçi gündəlikdə 70-80 saygac əvəz etməli olur, İmişlidə isə bir işçi 70 sayğac dəyişməli olur.

"29000 abonentə bir işçi necə xidmət edə bilər?.." deyə sual edən işçilər rəhbərlikdən izahat gözləyirlər...

Geri qayıt