Əsas Səhifə > Cəmiyyət, Manşet > "AAAF Park-ın ya pulu qurtarıb, ya da bina tikməyə yer qalmayıb..."

"AAAF Park-ın ya pulu qurtarıb, ya da bina tikməyə yer qalmayıb..."


12-03-2024, 10:35
"AAAF Park-ın ya pulu qurtarıb, ya da bina tikməyə yer qalmayıb..."
"AAAF Park-ın ya pulu qurtarıb, ya da bina tikməyə yer qalmayıb. Əks halda tikib satdığı binaların zirzəmilərinin kütləvi şəkildə satışına başlamazdı". diaaz.space bildirir ki, bunu öz gileyində ifadə edən ictimai fəal Rüstəm Qaraxanlı daha sonra əlavə edib: "Son ayların tendensiyası budur: sakinlər axşam işdən evə gəlib görürlər ki, zirzəmi nədir, az qala bina həyətinin yarısı qazılıb. Mühafizə xidmətini çağırırlar, deyir indi bilmişəm. Komendanta zəng edirlər, səsi əsə-əsə deyir ki, mənlik deyil, rəhbərlik satıb. Yaxşı satıb, xeyir işlərə xərcləsin, amma nə üçün satıb? Bu zirzəmilərdə hansı obyekt fəaliyyət göstərəcək? Sakinlər məlumatlandırılıbmı? Küçə tərəfdən satılıbsa, yenə xeyirli olsun, ancaq zirzəmidə işləyəcək obyektin qapısının binanın həyətinə açılması nə qədər düzgündür? Binanın sakinləri harada otursunlar? Uşaqlar harada oynasınlar? Avtomobillər harada park edilsin?"
diaaz.space bildirir ki, "Bu suallara cavab verən yoxdur" deyə etiraz edən Qaraxanlı daha sonra əlavə edib: "Təqribən 1 il əvvəl mənzilə sahib olduğum binanın altında fəaliyyət göstərən sexdə gecə saat 3-də yanğın baş verib, çünki usta və dostları keflənib açarlarını itiriblər, biri yanğından boğulub zəhərlənib, ağzından köpük gəlir, uzanıb qalıb küçədə. Sakinlər yanğınsöndürəni, polisi və təcili tibbi yardımı çağırıblar. Sən demə sexdə qaz balonları varmış. Yanğınsöndürənlər deyiblər ki, bunlar partlasaydı, bütün bina göyə uçacaqdı. Həmin sex ertəsi günü fəaliyyətini bərpa etdi, indinin özündə də işləyir. Sabah qapısı sakinlərin asudə vaxtlarını keçirdikləri həyətə açılacaq yeni obyektə hansı fəaliyyət göstəriləcək? Orada elektrik qapanması və ya qaz sızıntısı olacaqsa, kim cavab verəcək?
Təbii ki, bütün bunları yazmağımın heç bir xeyiri yoxdur, çünki tək AAAF Park deyil, hər yerdə belədir. Mənasız sözlər, cavabsız suallar, tədbirsiz şikayətlər. Biri də bu. Əsas odur aylıq mənzil pulu yığırlar, onu gecikdirməyəsən. Gecikdirdinsə, elə bil ki, sakinlərin həyatını təhlükə altına saldın, AAAF işçiləri pulsuz qaldı..."

Geri qayıt