Əsas Səhifə > Cəmiyyət, Manşet > `Azəriqaz` bunu da etdi: Savaşda olan DÖYÜŞÇÜNÜN QAZINI KƏSDİLƏR...
`Azəriqaz` bunu da etdi: Savaşda olan DÖYÜŞÇÜNÜN QAZINI KƏSDİLƏR...20-09-2023, 11:50 |
DİA.AZ: - "Azəriqaz"ın işçilərinin belə bir həssas dönəmdə Qarabağda savaşan döyüşçülərimizdən birinin evinin qazının kəsdiyi iddia olunur. DİA.AZ bildirir ki, bu barədə Aytən Nur adlı istifadəçi iddia ilə çıxış edib. A.Nur yazır: "Hal-hazırda döyüşdə olan hərbçinin evinə gəlib "borcun var" deyib qaza blom qoyub gedən "Azəriqaz"ın nümayəndəsinə demək istəyirəm ki, şərəfli olmaq üçün insan olmaq lazımdır. Tək az yaşlı körpəsi olan gənc anaya bu edilməz.. Sənə deyir bu gün borcum nədir ödəyəcəm yoldaşım döyüşdədir. Adamın düşməni də gərək şərəfli ola..." İddia olunanlarla bağlı diaaz.space olaraq əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq... Geri qayıt |