Əsas Səhifə > Cəmiyyət, Manşet > Müştərinin pulunu arada İT-BATA SALIBLAR...
Müştərinin pulunu arada İT-BATA SALIBLAR...17-06-2023, 09:20 |
DİA.AZ: - "Şikayətim "Dynamic kargo"dandır..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nicat Məmmədov adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra yazır: "2 ay bundan əvvəl məhsul alınıb trendyoldan... Mal gəlib çıxandan sonra baxdım ki, deffekti var, yararsızdır. Elə yerindəcə geri qaytardım, ofisdə üstündən bir müddət keçəndən sonra pul sifariş balansıma geri qaytarıldı... E`mail ilə kargo şirkətinə məbləğin kart hesabına geri qaytarılması ilə bağlı müraciət yolladım, amma qeyd etdim ki sifariş etdiyim karta yox, başqa bankın kartına köçürün. Çünki həmin kartda ABB-yə məxsus idi və kart bloklanıb, işləmir. Artıq indi də mənim 100 manatım ortalıqda yoxdur. Banka zəng edirsən, bəhanələr gətirir, bizə pul gəlməyib. Dynamic Express-ə zəng edirsən... mesaj göndərirsən... deyir, biz məbləği göndərmişik, bankdadı pul... Boş-boş şablon sözlər deyirlər. Artıq bilmirəm hara şikayət edim. Mənim vəsaitimi mənimsəyiblər, geri qaytarmırlar..." İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |