Əsas Səhifə > Cəmiyyət, Manşet > "Ölkənin təbiətini millətə pul ilə satırlar..."
"Ölkənin təbiətini millətə pul ilə satırlar..."27-04-2023, 12:12 |
DİA.AZ: - "Oğuzdakı Xal-xal şəlaləsi barədə yazmaq istəyirəm. Ramazan bayramında ailəmlə dediyim şəlaləyə getdik. əsas yoldan 14 km kəndin içi ilə gedirsən və nəhayət çatırsan şəlaləyə. Burda mən 6-7 il qabaq da olmuşdum". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Samir Əliyev adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazılr: "İçəri keçmək üçün keçid düzəldiblər, adambaşı 2 manat. Bir ağ saçlı kişi (ağsaqqal demək istəmirəm) saxladı ki, ödəniş elə keç. Deyirəm bu nəyin ödənişidir. Deyir biz burda bu qədər şey etmişik, şəlalə yaratmışıq (!). Deyirəm bu bəyəm süni şəlalədi ki yaradasan. 6-7 il qabaq gələndə nə sən varıydın nə də bu 2 manatlıq giriş pulu, amma şəlalə burdaydı. Deyir istəyirsən gedim şəlalənin suyunu bağlayım. Deyirəm içəri keçəcəm uşaq atraksionları pulunu verib istifadə edəcəm, restoranda oturacam pulunu verəcəm. Bunlara pul ödəyəcəmsə, girişə niyə 2 manat verməliyəm. Dedi ödəməsən içəri buraxmayacam. İçəridə də, çöldə də adam, məktəb şagirdləri nə qədər desən. Heç kim də nə səsini çıxarır, nə etiraz edir. Sakitcə hamı pulunu verib keçir. Məsələ 2 manatda deyil. Hamımıza məxsus olan təbiətdən istifadə etmək üçün, baxmaq üçün, gəzmək üçün niyə bəzi ağıllılara ödəniş etməliyik? Deyirəm onda mənə kassa çeki ver ki, vergi ödəyirsən bilim ki rəsmidi yığdığın pul. Mənə əlavə edəcəyim çeki verib. Saat 14:16-dır və bu vaxta qədər də cəmi 16 dəfə çek vurulub. Ödənişlərin heç biri rəsmi deyil. Mən də dirəşdiyim üçün məcbur bu çeki verdi. İçəridə də şəlalənin düz qabağında şəkil çəkdirmək istəyirsənsə 1 manat ödəniş edirsən, qapını açırlar dəmir keçidin üstündə durub şəkil çəkdirib çıxırsan. Ölkənin təbiətini millətə pul ilə satırlar artıq. 1-2 il əvvəl də camaat etiraz etdiyi bir video var idi. Orda qiymət 1 manat idi. İndi ediblər 2 manat. Qaxda Mamırlı şəlalə var. Ora giriş pulsuzdu. Mən də gərək gedim ora bir şlaqbaum qoyum hər gələn adamdan ödəniş alım. Görürəm kim nə istəyir edir". İddia olunanlarla bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq.... Geri qayıt |