Əsas Səhifə > Cəmiyyət, Manşet > 28 May Neft-Qaz Çıxartma İdarəsinin işçisi YEYİNTİ FAKTLARINI AÇIQLADI

28 May Neft-Qaz Çıxartma İdarəsinin işçisi YEYİNTİ FAKTLARINI AÇIQLADI


25-03-2023, 11:33
28 May Neft-Qaz Çıxartma İdarəsinin işçisi YEYİNTİ FAKTLARINI AÇIQLADI
DİA.AZ: - "Mən 20 ilə yaxındır 28 May Neft-Qaz Çıxartma İdarəsində işləyirəm. 20 ildə bir dəfə görmədim ki, rəhbərlik bizi düşünsün. Paylaşımlarda yazırsınız ki, işcilərin daşınmasında böyük problemlər var. Amma bilmirsiz ki, sənədlə bu problemlərin olmaması üçün nə qədər pullar yazılıb silinib. Neftçilərin Platformaya göndərilməsi hava səraitinə görə (dumanlı) Helekopterlə mümkün olmadıqda gəmi ilə həyata keçirilir". DİA.AZ bildirir ki, bu açıqlama ilə çıxış edən neftçi müraciətini Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya ünvanlayıb.

Qeyd edək ki, az əvvəl M.Qəhrəmanlının ictimailəşdirdiyi bir problemi diqqətinizə çatdırmışdıq: `Azneft` rəhbərliyi hələ də özünə gəlmir: HƏR DƏFƏ EYNİ PROBLEM... - Əgər belə yarıtmazdırlarsa...

İndi isə həmin məsələni neftçilərdən biri detallı formada izahat edir. Həmin açıqlamanın davamını olduğu kimi təqdim edirik: "Gəmi ilə Platformaya sərnişin aparılma aşağıdakı kimi həyata keçirilir:
1.Gəmi yan alma meydançası vasitəsi ilə heyata keçirir ,əgər hava seraiti mümkün deyilsə (dalğanın hündürlüyü və küləyin surəti).
2. Gəminin xüsusi trapı olur. onunla heyata keçirilir.Gəminin hidravlik avtomatik və mexaniki idarə olunan piləkəni olur
3. Əgər yuxarıda qeyd olunan 2 variant mümükün deyilsə Platformanın avtomatik idarə olunan Kran və yaxud mexaniki yük qaldırma mexanizimi ilə xüsusi sərnişin səbəti ilə həyata keçirir.
Yuxarıda qeyd etdiyimiz variantlar sənədlə varsa Güneşlı yataqında calişan fehlələr niye növbəni dəyişə bilmir ?
1. Deyirlər hava dumanlıdı hava məkanı bağlıdı helokopter uçuş həyata kecirə bilmir . Platformaya sərnişin daşıyan Helokopterlərin pilotları da maraqlı deyil.Çünkü daşıyıcı şirkət ona görə maraqlı deyil ki, bu gün olmasın sabah olsun say yerindədi adam yerindədi aparacaq ona rəqabət aparan alternativ digər şirkət yoxdur .Pilot isə uçuş heyata keçirdi kecirmədi eyni əmək haqqı alır.
İşcisi əziyyət çəkən qalan təşkilata ona görə maraqlı deyil ki:
Tutaqki bir işçi dənizdə 1 günlük əmək haqqısı 10 Azn-sə onun 8 Azn dənizdə qalana, 2 Azn sahildə qalana verir təşkilat hecne itirmir.
Əgər Helokopter daşıyıcı şirkət görsə ki getməsə növbə dəyişmə gəmi ilə həyata keciriləcək onda kommersiya maraqına görə növbəni dəyişəcək.
Yuxarıda göstərilən variantlar növbəni dəyişməsi mümkündü sadece onu düşünən rəhbər yoxdu. Cünkü Rəhbər işcilər dənizə getdi getmədi sabit əmək haqqısını alır, hecne itirmir rəhbər işcilər hava şeraitinə görə fırtına yazılmır. pul itirmir .
Rəhbərlik bahanə gətirir ki , Xəzərdə suyun səviyyəsi 2m aşaqı düşüb, sərnişinin gəmi yanalma meydançasına minib düşmək təhlükəlidi .mümkün deyil. Carəsi var. Sərnişin daşıyan gəminin trapına (sərnişinlərin minib düşməsi üçün nəzərdə tutulub ) götülüb qoyula bilən xüsusi artırma pilləkən yığılsın, Həmin bu pilləkən Cilov adasına yerləşdirilsin və növbə dəyişmə zamanı gəmiyə yerləşdirilsin.
Əgər priçallar bu qeder aşağıdırsa , əgər mümkün deyilsə istehsalat zəruriyyəti ilə hava sakit olanda Günəşli , Neft Daşları və sair NQCİ- də platformalar arası işcilərin yer dəyişməsi və digər proseslər necə heyata keçirilir ?"

DAVAMI MÜTLƏQ OLACAQ...

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt