Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycanlı oliqarxın Ukraynadakı 1 milyard dollarlıq biznesi məhv olub

Azərbaycanlı oliqarxın Ukraynadakı 1 milyard dollarlıq biznesi məhv olub


18-03-2022, 11:37
Azərbaycanlı oliqarxın Ukraynadakı 1 milyard dollarlıq biznesi məhv olub
Ukraynada davam edən müharibə Azərbaycanın məşhur oliqarxı İman Quliyevi ciddi ziyana salıb. diaaz.space-ın məlumatına görə, AzToday.az-ın Ukraynadakı müxbiri xəbər verir ki, İman Quliyevin Sumi vilayətindəki böyük biznes şəbəkəsi hərbi əməliyyatlar zamanı tamamilə sıradan çıxıb. Həmçinin, azərbaycanlı oliqarxın Kiyev yaxınlığında inşa etdirdiyi yaşayış kompleksi zərər görüb.

İman Quliyevin oğlu Araz Quliyev Ukraynada daşınmaz əmlak biznesi ilə məşğul olur. Araz Quliyev həmçinin Sumi vilayətindən Ali Radaya deputat da seçilib.

İman Quliyevin Ukraynada 1 milyard dollar civarında sərmayəsi olduğu bildirilir.

AzToday.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, İman Quliyev əslində “proksi” fiqurdur. Onun adına olan biznesin əsl sahibləri Azərbaycanda yüksək vəzifə tutan məmurlardır…

Qeyd edək ki, İman Quliyev Real TV-nin rəsmi təsisçisidir.

Geri qayıt