Əsas Səhifə > Cəmiyyət, Manşet > Burda dövlətin qanunları da, siyasəti də keçərli deyilmiş...

Burda dövlətin qanunları da, siyasəti də keçərli deyilmiş...


22-12-2021, 11:36
Burda dövlətin qanunları da, siyasəti də keçərli deyilmiş...
DİA.AZ: - Sumqayıtda fəaliyyət göstərən ərzaq mağazaları barədə növbəti şikayət olub. DİA.AZ xəbər verir ki, şəhər sakini Kamal Almuradlı "Ordubad" marketdə bazarlıq zamanı xoşagəlməz halla üzləşib. O hadisəni belə nəql edir:

"Seçdiyim məhsulların ödənişini etmək üçün kassaya yaxınlaşanda ödənişi kart vasitəsi ilə edəcəyimi bildirərək həmin marketin bonus kartını təqdim etdim. Lakin kassir xanım kartla ödəniş zamanı bonus karta vurmadıqlarını söyləmişdir. Kassirin mənim "niyə" sualıma isə cavabı belə olmuşdur: "Rəhbərlik qərar verib ki, yalnız nəğd ödəniş bonus karta vurula bilər".
Həqiqətən də üzücü məqamdır. Ölkə rəhbərinin nağdsız hesablaşma ilə bağlı imzaladığı sərəncamlar, Milli Məclisin verdiyi qərarlar, İqtisadiyyat nazirliyinin saysız hesabsız təşviq və təbliğinə qarşı çıxan market sahibi dolayı yolla nəğd ödənişi təbliğ etmiş olur. Yəqin ki, bu postdan nəticə çıxarılaraq ya bonus kart ləğv olunar, ya da market sahibi tərəfindən verilən qərar.
P.S. Mağazada vaxtı keçmiş eyni məhsulla bağlı ikinci dəfə iradımı bildirdim. Vətəndaşların sağlamlığı hər birimiz üçün önəmli olmalıdır!"

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt