Əsas Səhifə > Cəmiyyət, Manşet > "Azəriqaz" Oğuz sakininin başına NECƏ OYUN AÇIR...
"Azəriqaz" Oğuz sakininin başına NECƏ OYUN AÇIR...17-09-2021, 11:04 |
DİA.AZ: - Oğuz şəhəri, .H.Əliyev pros. 24-də yaşayan Seyidov Xalid Tofiq oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Bildirim ki, hazırda yaşadığım evə görə yeni qaz sayğcının quraşdırılması üçün tələb olunan 267 manat dövlət rüsumunu ödədikdən bir müddət sonra evimə bu gün gələn qaz quraşdırma işçiləri əvvəlcə gətirdikləri çox həvəslə karton qutudn çıxarıb hasarımızın dibində quraşdırmaq istədilər. Əməliyyat əvvəl isə dedilər ki, gətir 200 manatımızı ver ki, sənin evinə qaz çəkək. Mən onları başa salmağa çalışdım ki, axı mən sayğaca görə məndən tələb olunan 267 manat rsum pulunu ödəmişəm. Dedilər yox, o dövlətin büdcəsinə getdi, bizə nə oldu? Get bizim 200 mantı gətir. Evə çəkiləsi 15-lik qaz borularını da öz hesabına almalısan. Bu da təxminən 470 manat edir. Dedim yoxumdur axı.Siz təkcə mənim evimin yola yaxın olan və qaz xəttindən 4 m məsafədki mətbəximə qaz çəkin, sayğac qoyun mən də sizin əziyyətinizə görə 30-40 manat evdə saxladığım çörəkpulunu sizə verərəm gedərsiniz.Qalan hissəyə sonradan turba alıb özüm quraşdıraram İndi isə əsas mətbəxə qaz lazımdır. Amma razılaşmadılar. Və başladılar sayğacı yenidən donquldaya-donquldaya aparıb getdilər. Xatırladəm ki, mən hazırda heç yerdə işləmirəm. Evdə yoldaşım ağır əməliyyatdan sonra yataq xəstəsi olub. Özüm də ağır dərəcəli şəkər xəstəsiyəm. Dövlətimiz yaxşı ki, dərmanlarımıza kömək edir. Belə olan halda hesab edirəm ki, “Azəriqaz” işçilərinin bu həyasızlığı isə biz sadə vətəndaşlara qarşı ən böyük cinayətdir. Ona görə də SOCAR prezidentinin qaz təchizatı və satışı üzrə müavini olan cənab Rəhman Qurbanovdan şəxsən xahiş edirəm ki, şəxsi nəzarəti altında mənim sayğacımı sabah gün ərzində yenidən gəlib quraşdırsınlar, sonra da dərhal rədd olub getsinlər. Xahiş edirəm “Azəriqaz” işçilərinin özbaşnalığına son qoyulması üçün və tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz". İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |