Əsas Səhifə > Cəmiyyət, Manşet > Əli Həsənov dövləti də belə İDARƏ EDİB?

Əli Həsənov dövləti də belə İDARƏ EDİB?


17-02-2021, 11:21
Əli Həsənov dövləti də belə İDARƏ EDİB?
Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov "Facebook"dakı son paylaşımı ilə diqqəti yenidən üzərində cəmləməyi bacarıb.

Sfera.az-ın məlumatına görə, Əli Həsənov 2017-ci ildə Xocalı faciəsi ilə bağlı qələmə aldığı kitabı yenidən təqdim edib.

Maraqlısı odur ki, o, təqdimata bu sözləri yazıb:

"Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində 2017-ci ildə nəşr etdirdiyim səkkiz xarici dildə tərtib olunmuş "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı kitabı təkrar diqqətinizə təqdim edirəm”

Uzun illər dövlətin ideoloji işinin başında dayananlardan biri olaraq Əli Həsənovun belə bir ciddi yanlışlığa yol verməsi sadəcə, təəssüf doğurur.

Əli Həsənov dövləti də belə İDARƏ EDİB?

Hətta biliyi orta qiymətləndirilən məktəbli də bilir ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilib. Əli Həsənova hesab dərsi keçməyə vaxtımız olmasa da, buna məcbururq. Əli müəllim yazır ki, 2017-ci ildə Xocalı soyqırımı haqda yazdığı kitabı faciənin 31-ci ildönümü ərəfəsində yenidən təqdim edir. İndi isə gəlin hesablayaq: Kitabın təqdimatının edildiyi 2021-ci ildən hadisənin baş verdiyi 1992-ci ili çıxaq. Cavab Əli Həsənovun iddia etdiyi kimi 31 yox, 29 edir.

Bəlkə də bunun üzərindən sükutla keçmək olardı, əgər bu fikirləri sıradan bir müəllif qələmə alsaydı, mövzuya heç toxunmamaq da olardı. Amma bu şəxs uzun illər Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi işləyib, dövlətin ideoloji işinə rəhbərlik edib. Bu halda onun etdiyi bağışlanmaz səhvdir, üzərindən sakitcə keçiləcək məsələ deyil.

44 günlük Vətən Müharibəsi günlərində oğlu ABŞ-a, özü isə Birləşmiş Ərəb Əmirliyinə qaçan bir şəxsin müharibədən sonra ortaya çıxaraq 2017-ci ildə yazdığı və xeyirindən çox ziyanı olan fikirlərlə yenidən özü haqda "vətənpərvər” obrazı yaratmaq istəməsi təəssüf doğurur.

Təəssüflər olsun, Əli Həsənov.

Əli Həsənov dövləti də belə İDARƏ EDİB?

DİA.AZ-dan: - Hər zaman keçmiş PA rəhbəri Ramiz Mehdiyevin arxasında gizlənib, onun kölgəsini öz kölgəsi, dövlətin gücünü isə öz gücü bilən Əli Həsənovun bundan sonra daha çox YANLIŞLARA yol verəcəyi heç şübhəsizdir. Adamın əl keyfiyyəti indi-indi üzə çıxır ki, bu da təbiidir. Amma bir zamanlar Əli Həsənov "mən dövləti idarə edirəm" deyərək əleyhdarlarına hədə-qorxu gəlməyi də peşəsinə çevirmişdi. Bir dəfə bu barədə mətbuatda yazılıb da. Əli Həsənovun telefonuna zəng edən diaaz.space saytının baş redaktoru Məhəmməd Ərsoya sonradan onun köməkçisi zəng edərək hədə qorxu gəlib "Sən niyə Əli Həsənova zəng edirsən, o, dövləti idarə edir, mə.şğul adamdır" deyə hədə də gəlmişdi. Halbuki həmin vaxt baş redaktor Əli Həsənova "Mətbuat Şurasındakı qulbeçələrinə tapşır ki, məndən əl çəksinlər" demək istəyirdi. Amma Əli Həsənov MƏŞĞUL adam olduğundan, dövləti idarə etdiyindən telefonu qaldırmamışdı.

İndi isə sadəcə olaraq yuxarıda təqdim olunan fakt belə təsdiqləyir ki, Əli Həsənov dövlət bir yana... fikirlərini belə idarə edə bilmir. Görünən dağa bələdçi lazım deyil...


Geri qayıt