Əsas Səhifə > Cəmiyyət, Manşet > Cavid Qurbanov ixtisarlara hazırlaşır...

Cavid Qurbanov ixtisarlara hazırlaşır...


3-02-2021, 11:55
Cavid Qurbanov ixtisarlara hazırlaşır...
DİA.AZ: - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkədə narazılıq yaradır. Bu barədə DİA.AZ-a ADY-nin işçilərindən biri məlumat verib. Şikayətçi adının çəkilməməsi şərtilə bildirir ki, bu gün Cavid Qurbanov daha çox özünün və yerlilərinin marağını güdməkdədir. Biz də diaaz.space olaraq narazı vətəndaşın iş yeri ilə bağlı hansısa problem yaşamaması üçün adını çəıkmədən şikayətini təqdim edirik.

Narazı vətəndaş diaaz.space-a yazır:

"Cavid Qurbanov bu gün ölkədə regionçuluğu yaşadan bir nömrəli fiqurdur. Əslinbdə, bu fakt onun nə qədər cılız birisi olmasından xəbər verir. Cavid Qurbqanpva cənab Prezident belə bir mühüm vəzifəni etibar etsə də, bu adam "kənd ağsaqqallığı"ndan uzağa getmədi. Bu gün ADY Cavid Qurbanovun qohumlarılna, yaxınlarına, yerlilərinə işləyir. Kimin hünəris varsa, səsini çıxarsın".

Mənbə iddia edir ki, bu azmış kimi indi də ADY-də ixtisarlar gözlənilir: "Artqı xəbərdarlıq almışıq. Kütləvi ixtisar olacaq. Yenə də hədəfdə Cavid Qurbanovla həmyerli olmayanlardır... Belə zülm olmaz. Dövlət buna əncam çəkməlidir..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt