Əsas Səhifə > Cəmiyyət, Manşet > DGK-da total yoxlama KABUSU...
DGK-da total yoxlama KABUSU...26-11-2020, 10:17 |
DİA.AZ: - Yaxın günlərdə Dövlət Gömrük Komitəsinin fəaliyyəti təftiş olunacaq. Yoxlama 2019 və 2020-ci illərin yekunları ilə bağlıdır. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, DGK-da yoxlama qərarı əsalində Vətən Müharibəsindən əvvəl də mövcud idi. Xatırladaq ki, yerli KİV-də DGK-nin ləğv ediləcəyi ilə bağlı yenidən informasiyalar aktuallaşıb və qeyd olunur ki, sözügedən qurumun səlahiyyətləri ASAN Xidmət-lə, İqtisadiyyat Nazirliyi arasında bölüşdürüləcək. Onu da qeyd edək ki, DGK-nin səlahiyyətlərinin müəyyən qisminin ASAN Xidmət-ə veriləcəyi haqda informasiyalar əvvəlindən də mövcud idi və hazırki DGK sədri Səfər Mehdiyevdən əvvəlki rəhbərlik də bu faktı mətbuata təsdiqləmişdi. Lakin Səfər Mehdiyevin gəlişindən sonra bu məsələ ertələnmiş kimi göründü. diaaz.space-a danışna mənbə iddia edir ki, son olaraq DGK-da təftişin həyata keçirilməs təşəbbüsləri qeyd olunan məqamla da əlaqədar ola bilər: "Ola bilsin ki, bu proses təhvil-təslim kimi də anlaşılsın..." Geri qayıt |