Əsas Səhifə > Cəmiyyət, Manşet > İqbal Babayev DGK-nin tədbirində niyə görünmədi?
İqbal Babayev DGK-nin tədbirində niyə görünmədi?3-09-2020, 12:12 |
DİA.AZ: - Dünən məlum olduğu kimi Dövlət Gömrük Komitəsində iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçiləri ilə görüş keçirilib. DİA.AZ xatırladır ki, görüşün keçirilməsinə zərurət Nazirlər Kabinetinin məlum qalmaqallı qərarından sonra yaranmış oldu. Rəsmi məlumata görə, görüşdə DGK Katibliyinin rəisi Anar Süleymanov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər. Burada diqqət çəkən məqamlardan birini qeyd edək ki, nədənsə qonaqların qarşısına gömrük komitəsi adından çıxanların sırasında DGK sədrinin müavini İqbal Babayev yox idi. Əslində bunun səbəbləri hər kəsə gün kimi aydındır və diaaz.space olaraq bu barədə oxucularımıza yetərincə bilgilər vermişik. İqbal Babayevin Səfər Mehdiyevin yerinə gətiriləcəyi ilə bağlı mediada yayılan məlumatların ardından DGK rəhbərliyi adıçəkilən sədr müavinini əməlli-başlı gözümçıxdıya salıb ki, bu da Səfər Mehdiyevin isterik addımı kimi dəyərləndirildi. Gələn xəbərlərdən aydın olur ki, İqbal Babayevə nəinki mediaya çıxış qadağan edilib, hətta onunla digər DGK rəhbərliyi təmsilçiləri belə təmas saxlamağa ehtiyat edirlər. DGK ilə bağlı işi olan sahibkarlar da problemlərini İqbal Babayevlə görüşmədən həll etməyə çalışırlar ki, əks halda işləri düyünə düşə bilər. Bunun səbəbi isə Səfər Mehdiyevin gömrük işini ondan qat-qat yaxşı bilən İqbal Babayevi rəsmən qısqanması, onun daha böyük uğurlar əldə etməsini əngəlləməsidir. Elə buna görə də son görüşdə İqbal Babayevə rast gəlinmədi... Təbii ki, qeyri-peşəkarların, gömrük işini yalnız pul qazanmaq kimi anlayanların da iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçiləri ilə görüşdə əliyalın görünəcəyi şübhəsiz idi. Belə də oldu. Bunun nəticəsidir ki, "qonaqlar" DGK-nın izahatlarına nəinki qane olmayıblar, əvvəlki fikirlərində, etirazlarında daha da qəti mövqe tutublar. Hər halda, top yenə də hökumətdədir... Qalmaqallı qərarın geri oxunması üçün... Geri qayıt |