Əsas Səhifə > Cəmiyyət, Manşet > Növbəti əməliyyat Gədəbəydə ola bilər...

Növbəti əməliyyat Gədəbəydə ola bilər...


24-08-2020, 09:52
Növbəti əməliyyat Gədəbəydə ola bilər...
DİA.AZ: - Keçən həftə daha bir icra başçısının həbsi ilə diqqətə gəldi. Qeyd edək ki, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun həbsinə qədər də yerli KİV-də prosesin davamlı olacağı, yeni RİH rəhbərlərinin silisə çəkiləcəyi haqda müxtəlif informasiyalar yayılmaqda idi. Görünəni odur ki, bir ildir icra başçıları həbs olunsa da, hələ də vəzifə başında olanlar var və onlar "gözü çıxmış qardaşlarından" dərs almırlar, belə bir niyyətləri də yoxdur...

DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatlarının növbətisi Gədəbəydə həyata keçirilə bilər. Mənbə iddia edir ki, bir müddət əvvəl adı mətbuatda rüşvətlə hallandırılan İbrahim Mustafayev görəvində yeni olsa da, köhnə üsullara meyilli bir fiqur təsirini bağışlamaqdadır: "Onunla bağlı yetərincə şikayətlər və faktlar var. Yəqin ki, sıradakı odur. Ən azından gözləniləni..."

diaaz.space xatırladır ki, bir müddət əvvəl Gədəbəy rayon Ərtəpə İƏD-nin icra nümayənsinin keçmiş müavini Elşən Məmmədov icra başçısına olduqca ağır itihamlar səsləndirmişdi:



Hər halda bu faktın özü yetərlidir ki, icra başçısı ilə bağlı hüquqi araşdırma aparılsın.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt