Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar

Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar


12-08-2020, 11:32
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar
DİA.AZ: - "Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlunun məhkəmə təminatı hüququna da elə məhkəmələrin özləri qadağa qoyub. 2 il qabaq 2018-ci ildə pensiyasının yarıqat edildiyini görən Prezident təqaüdçüsünün ali dövlət hakimiyyəti orqanlarına, Ədliyyə Nazirliyinə, ƏƏSMN rəhbərliyinə müraciətləri pensiyadan tutulmanı qanunsuz olmasına görə dayandırsa da, iki aylıq başqasına ödənilən toplam 350 manatlıq vəsait hələ də əsl yiyəsinə qaytarılmayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalədə bildirilir: "Pensiyanı ödəyən qurum ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyevin məktubu (?) əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olan şəxsin pensiyasını “Rəvan” sığorta şirkətinə ödədiyini bildirib. Əlilin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində (BİİM) (hazırda Bakı İnzibati Məhkəməsi ) qaldırdığı iddianı hakim Miminat Hacıbəyova 12 noyabr 2018 tarixli qərardadla mümkün saymayıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərardadı qüvvədə saxlayıb, lakin Ali Məhkəmə 24.04.2019 tarixli qərardadı ilə iddiaçı Qarabağ əlilinin kassasiya şikayəti təmin edilərək, işə yenidən baxılması qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində 1 BİİM-in qərardadını 24.07.2019 tarixli qərardadla ləğv edərək həmin məhkəməyə baxmağa göndərib. İş yenidən qərardadı ləğv edilən Miminat Hacıbəyovaya verilib və bu hakim bir illik süründürməçilikdən sonra 07.07.2020-ci ilə iclas təyin edib. İddiaçı Qarabağ əlilinin hakimə etirazı qəbul olunsa da, bu barədə məlumat və qərar tərəfə verilməyib. 11 avqust 2020 -ci ildə poçtdan həmin tarixə iclas haqqında məhkəmə bildirişi alan Qarabağ əlili Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin qanunsuzluğu ilə üzləşib. Belə ki, əvvəla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, İnzibati Prosessual Məcəlləsinin tələblərinə görə, iclasa BİLDİRİŞ ONUN VAXTINA ƏN AZI 10 GÜN QALMIŞ RƏSMİ QAYDADA TƏQDİM EDİLMƏLİDİR . 2-cisi, MƏHKƏMƏ QƏRARI ÖNCƏDƏN QƏBUL EDİLƏ BİLMƏZ. 3-cüsü, YUXARI İNSTANSİYANIN LƏĞV ETDİYİ AKTI AŞAĞI İNSTANSİYA QÜVVƏYƏ MİNDİRƏ BİLMƏZ.

Onu da vurğulayaq ki, məhkəmə heç bir əsas olmadan iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etməsinin özü qanunsuzdur. “Əsas” olaraq cavabdehin iddiaçının onlara müraciət etmədiyi haqqında dedikləri Konstitusiya Qanunu kimi götürülüb! (?)

Özbaşınalığa baxın, müharibə əlili, Prezident təqaüdçüsü pensiyasını dələduzlara ödəyən cavabdeh ƏƏSMN yanında DSMF-ə 2 ildir pensiyasının bərpası ilə bağlı yüzlərlə müraciət edir, hətta məhkəməyə də üz tutub, amma məhkəmə iddiaçının cavabdehə müraciət etməməsi qərarına gəlir! (?) Belə məhkəmə təminatı ilə pensiya təminatının bərpasına nail olmaq olar? Cavabdeh ƏƏSMN bəyəm pensiyasını başqasına ödədiyi əlilin pensiyasını geri tələb edə bilməz ? Axı, bu onun qanunla, Prezident fərmanı ilə müəyyən edilmiş görəvidir. ƏƏSMN -in dövlətə, onun başçısına xəyanətinə baxın! Əlilin hüququnu pozanlara sanksiya tətbiq etmək əvəzinə, özü dövlətin əlilə ayırdığı vəsaiti dələduzlara ödəyir! (?) Belə sosial xidmət təminat ilə hansı sosial-iqtisadi siyasətdən danışmaq olar?

Məhkəmə təminatına qaldıqda isə bu təminatı da elə ƏƏSMN gerçəkləşdirməlidir. Deyəsən, məhkəmələrin də , ƏƏSMN -in də dövlətin sosial siyasətindən, məhkəmə hüquq islahatlarından anlayışı yoxdur. Heç “pensiya” anlayışından da xəbərləri yoxdur. Əlilin pensiyasını başqasına ödəyib səhvini düzəltməmək, məhkəməyə də təzyiq edərək məhkəmə təminatı hüququna qadağa qoydurmaq cinayət məsuliyyəti yaradır. Nə yazıq, hüquq mühafizə orqanları da ƏƏSMN -in sosial yardım təzyiqinin qarşısında ikiqat durumdadırlar. Nə vaxtadək?"

diaaz.space olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar

Geri qayıt