Əsas Səhifə > Cəmiyyət, Manşet > "UniBank" müştərinin puluna əl qoyub...
"UniBank" müştərinin puluna əl qoyub...10-08-2020, 10:37 |
DİA.AZ: - Bank sektorundakı neqativlər durmadan artmaqdadır. Bu isə təbii olaraq müştəri şikayətlərinin də eyni qaydada çoxalmasına nədən olur. Belə bir şikayətlərdən birini Bakı sakini Abbaszadə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşıb. diaaz.space narazı vətəndaşın şikayətini olduğu kimi təqdim edir: "Şikayətim "UniBank"dandır. Keçən həftənin birinci günü bankdadkı hesabıma pul köçürmüşəm. Köçürmə barəsində nə proqrama və nə də nömrəmə heç bir bildiriş gəlməyib. Dünəndən hesabımdan pul çıxarmaq istəyirəm. Bankomatda yazılır ki, hesabım boşdur, pul yoxdur. Halbuki 63 manat var idi hesabımda. Proqrama baxdım, hesabımda mənfiyə borc göstərilir. Bu nə özbaşınalıqdır? Niyə mənim hesabımdan öz-özünə pul çıxarılır? Niyə bununla bağlı heç bir bildiriş gəlmir?" diaaz.space olaraq narazı vətəndaşın iddiaları ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |