Əsas Səhifə > Cəmiyyət, Manşet > "İnşaat 3" şirkətinin gördüyü iş...
"İnşaat 3" şirkətinin gördüyü iş...22-07-2020, 11:36 |
DİA.AZ: - Kürdəmirdə yaşayan məcburi köçkün Türkan Hüseynova "İnşaat 3" şirkətindən narazılıq edir. DİA.AZ olaraq həmin şikayəti olduğu kimi təqdim edirik: "Salam. Mənim şikayətim Kürdəmirdə Məcburi köçkünlər üçün tikilmiş İnşaat 3 şirkətinin(hər hansısa şirkətin qoludur amma onu tapa bilmədim) tikdiyi bina ilə bağlıdır. Pollar,qapilar,oboylar yaman gundədir Pollar aralanıb,çürüyür, və tilişkəlidir Evə su damır Pərdə karnizdə qalmır Sment ovxam-ovxam olur Balkon çat verib Tualet-hamam hissəsinə isə heç girmek lazim deyil Su ortada qalir Bəzi evdə isə hava yolu yoxdu Artıq 7 aydı yasayiriq bu şirkətin tikdiyi 2 binanın problemi bitmir Bununla bağlı qaçqınkoma və s müraciət olunub 7aydan sonra tikinti şirkəti gəlib təmirə başlayib Amma kiminki səsi möhkəm çıxır onun evin edirlər Kimki sakitdir onu yola verirler Həmçinin bütün otaqları deyil hər evdən bir otagi etmirler Usta bizə deyirki sizin ev yazilmayib sizin pol yaxsidi. Neceki 7 aydı sözün əsil mənasında yola verirlər Bu bizim pollardı Mənim ustalara (ilk köçəndə- yanvar ayında) şikayətim əsasinda(bildirdimki ictimailəşdirəcəm) kağız şqulka (adini səhv yaza bilerem) verdilerki özünüz polu yonun Özümüz polu yonduq ,lakladıq Amma aparat lazimdir pol pol vəziyyətinə gəlsin Pollar aralanir,batır,qaralır Laklamamisdan öncə pol eskisini yerə atirdin yerdə yapışırdı, tərpətmək olmurdu Bu şirkətin tikdiyi butun evlər bu haldadı Zəhmət olmasa əlaqədar şəxslər varsa məsələyə əncam çəksinlər Ps: Yazıla biləcək və üstünə düşülməli olan və ölkədəki ən böyük problemlerden biri olan yeyinti problemini ifadə edir bu şikayət . Siz ise buna əsassız şikayət deyirsiz. Bu cür davam edin, çox şey qazanarsız! Buna dövlət büdcə ayırıb ona uygun tikinti aparılıb Burda bu qədər yeyinti olmasa idi binalarımız bu gündə olmaz idi Bu mənim günahim deyil Kimki şadlıq,naşükürlük deyir allah belə şadlıqdan onada nəsib etsin 25 ildi daş üstə yaşamışıq Bunu tələb etmək mənim haqqımdır". diaaz.space olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |