Əsas Səhifə > Partiya, Güney Press > " Azərbaycan iqtidarının buna nə dərəcədə hazır olduğuna əmin deyiləm"
" Azərbaycan iqtidarının buna nə dərəcədə hazır olduğuna əmin deyiləm"15-02-2024, 15:40 |
diaaz.space Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir: - Qüdrət bəy, Prezident İlham Əliyev andiçmə mərasimində xarici siyasətimizin əsas prioritetinin türk ailəsində daha sıx inteqrasiya olunmağımız olacağını söylədi. Siz bunu necə təsəvvür edirsiniz? - Fikir özlüyündə çox möhtəşəmdir. Amma bu necə təsəvvür olunur? Prezident öz çıxışında bu detallara toxunmadı. Düşünürəm ki, Türkiyə və Azərbaycanın sıx inteqrasiyası, inkişaf etdiriləcək münasibətlər digər türk dövlətləri üçün də cəlbedici ola bilər. Biz Türkiyə ilə əvvəlcə ümumi bazar (common market), sonra vahid bazar (single market), ən sonda isə birgə bazar (unified market) yaratmalıyıq. Elə bazar ki, dövlət sərhədləri olmadan malların, xidmətlərin, kapitalın, insanların tam sərbəst hərəkəti təmin edilsin, vahid valyutaya keçək və s. Bu, bizim partiyanın seçki platformasında öz əksini tapıb, mənim çıxışlarımda zaman-zaman səsləndirilib. Amma Azərbaycan iqtidarının buna nə dərəcədə hazır olduğuna əmin deyiləm. Biz onu da təklif etmişik ki, türk dövlətlərin inteqrasiyası ilə yanaşı, Avrasiya zonasında Avropa Birliyi modelində yeni İttifaqın yaradlması istiqamətində iş aparılsın. Bura türk dövlətlərindən başqa keçmiş sovet respublikaları, Rusiya və İran da dəvət olunsun. Çünki Rusiya Federasiyası tərkibində 8 türk respublikası var, İranda isə Cənubi Azərbaycan. Biz bir xalq olaraq yalnız böyük ittifaqlar çərçivəsində təhlükəsizliyimizi təmin edə, bütövləşə və sürətli inkişafa nail ola bilərik. Geri qayıt |