Əsas Səhifə > Partiya / Güney Press > "Bizim xalqımız inqilablara meylli xalq deyil"
"Bizim xalqımız inqilablara meylli xalq deyil"23-06-2020, 08:49 |
![]() Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik: - Qüdrət bəy, xaricdə antiazərbaycan qüvvələrin himayəsinə sığınmış bəzi adamlar payızda üsyan ola biləcəyindən danışırlar, bu cür fikirlərin nə dərəcədə əsası var? - Bilirsiniz, uzun illərin siyasi uğursuzluğu insanları ekstremizmə yuvarladır və bu tip insanlar irrasional bəyanatlarla cМ§ıxış edirlər. Öz arzu və xəyallarını gercМ§əklik kimi təqdim etməyə cМ§alışırlar. Bizim xalqımız inqilablara meylli xalq deyil. Bunu tariximiz də sübut edir. Azərbaycanda hakimiyyət dəyişikliyi həmişə bəzi hakimiyyət daxili qüvvələrlə xarici dÖvlətlərin iş birliyi nəticəsində baş tutub. Bu zaman xalqımızın daha yaxşı həyat arzulayan azsaylı vətənpərvər qüvvələrindən də bəzən istifadə olunub. Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya səbəbindən müəyyən sosial və psixoloji gərginlik yaşanır. Amma kimsə düşünürsə ki, xalq buna gÖrə üsyan edər, deməli, həmin adam ciddi siyasətlə məşğul olmur və nağıllar dünyasında yaşayır. Mən həmin insanları real dünyaya qayıtmağa cМ§ağırıram. Bunun ücМ§ün onlar Ölkəyə qayıtmalı, cinayət tÖrədənlər əfv olunmalarını Prezidentdən xahiş etməli, əməkdaşlıq yolu ilə Ölkəmiz qarşısında duran problemləri cМ§Özməyə cМ§alışmalıyıq. Bəli, xalqımız dəyişiklik istəyir, ancaq bu dəyişikliklərin Prezident tərəfindən yuxarıdan islahatlar yolu ilə aparılmasını istəyir. ümid edirəm biz tezliklə iqtisadiyyatın canlandırılması istiqamətində ciddi qərarların şahidi olacağıq. - Hansı qərarlar qəbul oluna bilər? - Mən əvvəllər də sÖyləmişdim, əhəmiyyətli miqyasda dÖvlət müəssiələri Özəlləşdirilməyə cМ§ıxarılmalı, bəziləri isə uzunmüddətli idarəetməyə verilməlidir. DÖvlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Tikinti sektorunu canlandırmaq ücМ§ün bu sahədə, maliyyə-bank sektorunda islahatlar aparılmalıdır. Vergi və gÖmrük rüsumları xeyli aşağı salınmalıdır. Saakaşvili deyirdi ki, o Gürcüstanda vergi və gÖmrük rüsumlarını 65% azaltmaqla büdcə gəlirlərini 12 dəfə artırmağa nail olub. Bundan başqa güclü məhkəmə sistemi yaradılmalıdır, "gÖz cМ§ıxaran" qanun pozuntuları xarici investorların Azərbaycana gəlməsinin qarşısını alan ciddi faktorlardan biridir. - Qüdrət bəy, pandemiyadan danışdınız, iki həftəlik "evdə qal" qərarına münasibətiniz necədir? - HÖkumət dünyada pandemiya elan olunanda dərhal preventiv addımlar atdı. Bunun nəticəsi olaraq epidemiya dünyada, qonşu Ölkələrdə tüğyan edəndə bizdə yoluxanların sayı gün ərzində 20-30 nəfər arasında dəyişirdi. O zaman Sevinc Osmanqızı, Əli Kərimli cМ§ox pərt vəziyyətdə acМ§ıqlamalar verirdilər ki, bu hÖkumətin xidməti deyil, kecМ§miş sovet respublikalarında vərəm əleyhinə aparılmış peyvəndə gÖrədir. GÖrəsən, indi hansı hissləri kecМ§irirlər. IМ‡nsanlarımızın bir qismi də bu tipli acМ§ıqlamaların təsiri altında epidemiyanı ciddi qəbul etmədi, sosial məsafə saxlanılmadı, tibbi maskalardan istifadə olunmadı. Hələ o zaman mən bəyanatla cМ§ıxış etdim ki, Ölkədə rəsmi olaraq karantin elan olunandan sonra epidemiyanın real təhlükə yaratmadığı barədə cМ§ıxış edən və belə materilları yayan şəxslərin inzibati məsuliyyətə cəlb olunması barədə Qanun qəbul edək. Təəssüf ki, bunu etmədik. Ona gÖrə də məhdudiyyətlər yumşaldılan kimi epidemiya yenidən sürətlə yayılmağa başladı. Amma bu dəfə hər kəs məsələnin ciddiliyinin fərqindədir və ümid edirəm ki, biz Özümüzü və yaxınlarımızı qəbul edilmiş qərarlara ciddi əməl etməklə qoruyacağıq. Geri qayıt |