Əsas Səhifə > Partiya / Güney Press > "Sən demə, Cəmil Həsənli həm LGBT-nin, həm də feministlərin müdafiəsi ilə bağlı iki dəfə bəyanat verib"

"Sən demə, Cəmil Həsənli həm LGBT-nin, həm də feministlərin müdafiəsi ilə bağlı iki dəfə bəyanat verib"


9-06-2020, 08:40
"Sən demə, Cəmil Həsənli həm LGBT-nin, həm də feministlərin müdafiəsi ilə bağlı iki dəfə bəyanat verib"
Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin keçmiş üzvü, kinodramaturq Eldəniz Quliyevin Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Milli şuradan getdiniz, bundan sonrakı fəaliyyətinizi necə quracaqsınız?

- Biz “Vətən-Dəyərlər” platforması yaradırıq. Burada ziyalılar, incəsənət xadimləri, elm adamları, bir sÖzlə, cəmiyyətin bir cМ§ox spektrinin nümayəndələri təmsil olunacaq. Bu, bizim milli dəyərlərin qorunması ücМ§ün fəaliyyət gÖstərəcək. Eləcə də demokratik təsisatların işləməsinə təkan vermək ücМ§ün...

- Kimlər olacaq?

- IМ‡ndi ad cМ§əkmək tezdir, bu adları hecМ§ yerdə cМ§əkməmişəm, yəqin ki, bu haqda bəyanatımız olacaq. Yaxınlarda gÖrəcəksiniz ki, orada cМ§ox tanınmış insanlar təmsil olunacaq.

- Eldəniz bəy, cinsi azlıqlar haqda tənqidləriniz Milli şurada niyə belə qıcıq yaratdı?

- Bunun bir cavabı var: mən düz dayanmışam və kÖlgəmin əyri düşməsindən qorxmuram. Mən milli-mənəvi dəyərlərin qorunmasında maraqlıyam. Həmişə belə olmuşam, Milli şurada da bu dəyərləri qorumaq ücМ§ün təmsil olunurdum. Bu dəyərlərə kÖlgə salınan, bu dəyərlərə etinasız yanaşılan yerdə mənim olmağım düzgün olmazdı. Onlara uğur arzulayıb, oradan sivil qaydada aralandım. Ancaq bostanıma atılan daşlar məni məcbur etdi ki, onlara cavab verim.

- ümumiyyətlə, niyə orada cinsi azlıq məsələsi qaldırıldı, buna nə ehtiyac vardı?

- Bu məsələ orada qaldırılmadı. Məsələ budur ki, Cəmil Həsənli əxlaqi dəyərlərə uyğun gəlməyən məsələlərin qaldırıldığı feministlərin etiraz aksiyasına dəstək verdi, onları müdafiə etdi. Bundan əvvəl Milli şuranın mitinqinə qatılan dindarlara qarşı hÖrmətsizlik olmuşdu. Mən həm də dini kəsimin və siyasi məhbusların müdafiə komitəsinin rəhbəriyəm. Mən orada da etiraz etdim.

Amma sən demə, Cəmil Həsənli həm LGBT-nin, həm də feministlərin müdafiəsi ilə bağlı iki dəfə bəyanat verib.
Bu, mənim əqidəmə, prinsiplərimə və əxlaqıma düz gəlməyən məsələdir. Bu bəyanatlar Milli şurada müzakirə olunmadan verilmişdi.
Əlbəttə, hər kəsin hüququ qorunmalıdır. Amma bunu hansısa bir siyasi qurumun fəaliyyət proqramında prioritet kimi qələmə vermək, doğru deyil.

CМ§ünki bizim adət-ənənələrimiz, dəyərlərə bəlli münasibətimiz var. Hesab edirəm ki, bu xalq hecМ§ zaman Ölüm təhlükəsi qarşısında belə həmin o “dəyərləri” qəbul etməyəcək. Bu, mümkün deyil. Onları müdafiə edən bəzi adamlar da anlamırlar ki, biz Azərbaycan olaraq Öz mental dəyərlərimizlə Avropa ücМ§ün maraqlıyıq. Qərb adında Öz dəyərləri olan bir gəmi var, indi biz də ora minmək istəyirik. Biz Qərbin dəyərləri ilə ora minəndə ücМ§üncü dərəcəli – yuxarıdan aşağı baxılan bir millət olacağıq. Amma Öz milli-mənəvi dəyərlərimizlə həmin gəminin sərnişini olsaq, onda bizə hÖrmət edəcəklər.

- Fikirlərinizə qarşı niyə dÖzümsüzlük oldu?
- Vallah, Cəmil müəllim Amerikaya gedəndən sonra bir az müasirləşdi, Öz kÖkündən qopdu. Bu, məndə təəssüf hissi doğurur. Həmişə Özü də deyirdi ki, mənim də valideynlərim hicab bağlayırdılar, namaz qılılırdılar, oruc tuturdular. Belə bir ailədə tərbiyə alan adamın indi gedib ABş-da 180 dərəcə dəyişməsi və başqa münasibət sərgiləməsi mənim Özüm ücМ§ün də təəccüblüdür. Əlbəttə, o, ziyalıdır, yaxşı tarixcМ§idir, amma təəssüf ki, ona bir siyasətcМ§i kimi belə sÖzləri şamil etmək olmur.

- Belə desək, sizin Milli şurada qalmağınızı niyə istəmədilər, bundan narahat oldular?

-Narazılığı ancaq Cəmil Həsənli ifadə etdi. Mənim orada olmağım kimisə narahat etmirdi.

Bir də, kim istəyər Öz qızı və ya oğlu homoseksual olsun?

Mənim 68 yaşım var, hələ də bir nəfərə rast gəlməmişəm ki, uşağı üzdəniraq olsun, yaxud uşağının belə olmasını istəsin. Yəqin, müəyyən maraqlar var ki, buna gÖrə Özlərini olduqları kimi gÖstərmək istəmirlər.

- Cəmil Həsənli iddia edir ki, siz təşkilatda qalmaq istəsəniz də, buna imkan verilməyib.

- Qətiyyən belə bir şey olmayıb. IМ‡ki dəfə səhv, daha doğrusu, yalan danışıb, Özü də bilir ki, Milli şuranın Koordinasiya şurasında təmsil olunanlar bunun yalan olduğunu bilir.

- O hansı yalanlardır?

- Birinci yalanı budur ki, guya hamıyla danışıb, sonra mənə deyib ki, Koordinasiya Mərkəzinin üzvləri sənin oradan getməyinin tərəfdarıdır. Birinci dəfə sizə deyirəm, o, mənimlə danışanda hələ Milli şuranın məlum iclası olmamışdı. Mən də hamıya zəng edib dedim ki, bəs Cəmil müəllim belə deyir, dedilər ki, sən nə danışırsan, bizim hecМ§ nədən xəbərimiz yoxdur.

IМ‡kinci yalan budur ki, guya mən yalvarmışam ki, məni oradan cМ§ıxarmayın. Halbuki mən bura qədər necМ§ə dəfə istefa vermək fikrində olmuşam, mənimlə danışıqlar aparıblar, yalvarıblar ki, getməyim.

Bir də gÖrürsən, qırmızı-qırmızı adamın üzünə deyir ki, sən filan şeyi eləmisən. Bu yalanlar ziyalıya qəti yaraşmır. IМ‡kincisi, mən hələ Milli şuradan getməmişəm. CМ§ünki Milli şuraya kimisə qəbul və ya xaric etmək, bu qurumun nizamnaməsinə gÖrə, şuranın sessiyasında həll olunur. Sessiya da hələ cМ§ağırılmayıb. Cəmil Həsənli də Özbaşına qərar verir, hegemonluq edir.
Bilirsiniz, bütün bunlara cavab verməyə bilərdim, “ayıb olsun” deyib kecМ§ərdim. Cəmil müəllimin sosial şəbəkədəki paylaşımından sonra bostanıma nə qədər daş atdılar. Deyirlər ki, susursansa, razılaşırsan. Mən də cavab verməyə məcbur oldum. HecМ§ vaxt kiməsə hücum etməmişəm, sadəcə olaraq, bu hücumları dəf etmişəm. Ola bilsin ki, bəzən cavabım sərt və ya kəskin olub. IМ‡ndi də gÖrürsünüz ki, onun paylaşımının altında Milli şuranın adından trolları yazırlar.

- Milli şura sədri iddia edir ki, 10-15 müxalifət nümayəndəsinə hakimiyyətdən təklif gəlib. Bu sırada Gültəkin Hacıbəylinin də adını cМ§əkir. Sizcə, ona kimlər belə təklif edə bilərdi?
- Mən yalan danışa bilmərəm. Gültəkin Hacıbəyliyə nəsə təklif edilməsi haqda eşitməmişəm.

- Cəmil Həsənli həyat yoldaşınıza Xalidə Quliyevaya “xalq artisti” fəxri adının verilməsinə də toxunub və bunu dolayısı ilə sizə qarşı “kompramat” kimi təqdim edib. Bu haqda nə deyə bilərsiniz?

- Bu, qırmızı xətt idi və Cəmil Həsənli bu xətti kecМ§di. Bunu təəssüf hissi ilə deyirəm. Bilirsiniz ki, Xalidə xanım 35-ə qədər filmdə baş rola cМ§əkilib. Təkcə Azərbaycanda yox, xarici Ölkələrdə də. Hamı, ilk nÖvbədə də Cəmil Həsənli bilir ki, ona necМ§ə illər fəxri adın verilməməsi nə ilə bağlıdır. KecМ§ən il isə adın verilməsi “Nəsimi ili” ilə əlaqədar oldu. “Nəsimi” filmində baş rolu oynamış və “xalq artisti” adı almayan yeganə insan Xalidə xanım idi. Bu adam hecМ§ vaxt siyasətə qarışmayıb, Öz sənəti ilə məşğul olub. Rollarını da pis ifa etməyib. IМ‡ndi Ömrünün 67-ci ilində ahıl bir qadına fəxri adın verilməsi ətrafında iyrənc oyunlar oynayırlar, bunun arxasında nəsə axtarırlar. Bu ad veriləndə mən Avropada idim, qayıdandan sonra da hamı təbrik etdi. Dedilər ki, Xalidə xanım bu adı cМ§oxdan almalıydı. IМ‡ndi durub bunu yada salmaq və ittihama cМ§evirib mənə qarşı istifadə etmək ləyaqətsiz bir yanaşmadır. Ziyalıya yox, hecМ§ naxırcМ§ıya yaraşmayan bir davranışdır.

Geri qayıt