Əsas Səhifə > Partiya, Güney Press > “Ermənilərin Manvel Qriqoryanla bağlı “razborkasına” qarışmamalıyıq”
“Ermənilərin Manvel Qriqoryanla bağlı “razborkasına” qarışmamalıyıq”19-06-2018, 08:25 |
Ermənistanda Xocalı faciəsinin iştirakçılarından olan, Qarabağ müharibəsində xüsusi qəddarlıqları ilə tanınan general Manvel Qriqoryanın həbs edilməsi Azərbaycanda da ciddi müzakirə predmetinə çevrilib. Maraqlıdır, rəsmi Bakı M.Qriqoryanın Azərbaycan xalqına qarşı işlətdiyi cinayətlərə görə məsuliyətə cəlb edilməsi, onun ölkəmizə gətirilməsi istiqamətində hansısa addımlar atmalı, bu istiqmaətdə müəyyən cəhdlər göstərməlidirmi? Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa indiki məqamda bu məsələyə müdaxilə etməyi doğru hesab etmədiyini vurğuladı: “Hazırda onun Xocalı soyqırımı ilə bağlı fəaliyyətini əlaqələndirsək, o, ermənilərin baş tacına çevriləcək. Ermənilər deyəcək ki, yəqin onu buna görə tutublar. Qoy ermənilər öz “razborkalarını” aparsınlar, M.Qriqoryanı cəzalandırsınlar. Bundan sonra, biz torpaqlarımızı işğaldan azad edəndən sonra, yaxud müvafiq zamanda onları ədalət mühakiməsinə cəlb edə bilməsək də, hansısa formada layiqli cəzalarını verməliyik. Milli qanunlarımıza uyğun olaraq, hətta qanundankənar da osla onların cəzalarını vermək lazımdır. Qoy M.Qriqoryan və digərləri görsünlər ki, Xocalının qisasını onlarda qoymadıq. İndiki məqamda isə bu məsələni gündəmə gətirəndə ermənilər bundan M.Qriqoryanın xeyrinə bir variant kimi istifadə edəcəklər. Onlar bildirəcəklər ki, Xocalı qəhrəmanı həbs edildi. Bizim indiki mqəamda belə davranmağımız doğru deyil”. Geri qayıt |