Əsas Səhifə > Partiya, Güney Press > "Hər bir polemika, müzakirə əxlaq və mədəni çərçivələrdə aparılmalıdır"
"Hər bir polemika, müzakirə əxlaq və mədəni çərçivələrdə aparılmalıdır"26-03-2018, 11:18 |
Azərbaycanda hər dəfə ölkəmiz üçün taleyüklü proseslərin yaşanacağı ərəfədə dövlətimizə qarşı çirkin kampaniyaların şahidi oluruq. Bəzən bu kampaniyaların aparıcıları rolunda müxtəlif "QHT"lər, bəzən də erməni lobbisindən maliyyə dəstəyi alaraq özlərini insan hüquq və azadlıqlarının "müdafiəçisi" adlandıran "siyasətçi"lər çıxış edir. Bu dəfə isə bir az fərqli vəziyyətlə üzləşmişik. Əvvəlki ssenarilərin heç bir effekt vermədiyini görən antiazərbaycan kampaniyasının arxasında dayanan şər qüvvələr indi də öz mənliklərini, şərəf və ləyaqətlərini satan sapı özümüzdən olan baltalardan yararlanmağa çalışır. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da vurğuladığı kimi - insanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışırlar. Bəli, hər bir polemika, müzakirə əxlaq və mədəni çərçivələrdə aparılmalı, şərəf və ləyaqətin alçaldılmasına, təhqirlərə qətiyyətlə yol verilməməlidir. Bu normaları gözləməyənlər isə ölkəsini, dövlətini sevən hər bir vətəndaş tərəfidən kəskin şəkildə qınanılmalı, belələrinin cavabları birlikdə verilməlidir. Bu məsələdə tək mənbuat yox, həm də xaricdə yaşayan on minlərlə soydaşımız da fəallıq nümayiş etdirməlidir. Unudulmamalıdır ki, başqalarının əlaltılarına çevrilərək öz dövlətinin maraqlarını qurban verənlər həmin ölkələrdə yaşayan minlərlə azərbaycanlının da təmiz adına qara ləkədir. Sevinc Seyidova Hafta.az Geri qayıt |