Əsas Səhifə > Partiya, Güney Press > "Müxalif çevrənin lideri olası deyiləm"
"Müxalif çevrənin lideri olası deyiləm"15-03-2018, 11:57 |
"Mən müxalif çevrənin lideri olası deyiləm, siyasi yolum bəllidir. Biz nəzəri olaraq başa düşməliyik ki, Heydər Əliyevin siyasi varisi müxalif partiyadan da ola bilərdi. Bu ənənələri beyinlərdə dəyişdirmək lazımdır". Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan prezidentliyinə namizəd Zahid Oruc bildirib. Zahid Oruc ilk vaxtlar bunun çətin olacağını deyib: "Çünki bu bəsitliyi daşlaşdırıblar. Başa düşmək lazımdır ki, bu dövləti qoruyub, ölkənin gələcəyinə baxış təqdim edib, müxalifət olmaq mümkündür. Amma bunlar hesab edirlər ki, əgər kimsə bunu edirsə, iqtidar, yaxud iqtidaryönlü qurum olur. Bu səhv düşüncəni aradan qaldırmaq lazımdır. Mən bu siyasəti seçki təbliğatımda daha çox gücləndirməyə çalışacam”. Deputat qeyd edib ki, bu məsələ yalnız seçkilərdə iştirak edən partiyaların boynuna biçilib, onlar yalnız üçüncü qüvvəyə çevriləcəklər kimi mütləq bir nəticə hasil etmək olmaz: "Əgər dediklərimi onlar bacarsalar, bu, mümkün görünür. Bunun ritmləri də var. Prezidentliyə iddiasını ifadə edən qüvvələrdən ADP, VİP, yaxud da Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiya və digərlərinin imkanı var ki, onlar söylədiyimiz iki cinahdan fərqli bir platforma ilə çıxış etsinlər. Bilirsiniz, Sərdar bəy söyləyib ki, o, zamanında hədsiz radikallılıq üstündə qərarlaşıb, amma sonra görüb ki, əslində liderlik cəmiyyətin istəklərinə uyğun olaraq özünü dəyişdirə bilmək və bunu bacarmaqdır. Ona görə də, kimin buna qadir olacağını gələcək göstərəcək". Geri qayıt |