Əsas Səhifə > Partiya, Güney Press > Qondarma mühacirlərin söyüş qəhrəmanlığı...
Qondarma mühacirlərin söyüş qəhrəmanlığı...9-03-2018, 08:45 |
Ölkədən hansısa səbəblərdən xaricə qaçıb, adlarını “mühacir” qoyanların bir qismi ölkə başçısı və digər dövlət adamları haqqında ağızlarına gələni danışırlar. Məsələn, mən ölkəmi tərk edən Vidadi İsgəndərov, Orduxan Teymurxan, Elşad Abdullayev, Hüseyn Abdullayev, Ramiz Məmmədov kimi adamların bu ölkədə heç yerini görmürəm. Onlar nə yazıçı, nə elm adamı, nə də ziyalıdırlar. Mühacir anlayışı ilə bilirsiniz kimlərin adları assosiasiya olunub: İosif Brodskinin, İvan Bununin, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin və başqa ləyaqətli kişilərin. İndi tüfeylilikdən, ailə qayğılarından, istədiklərini ala bilmədikləri ucbatından hansısa ölkədən sığınacaq alanların bir qismi heyfini dövlətdən və ona rəhbərlik edən şəxslərdən çıxmağa çalışırlar. Hökumət səhv olaraq vaxtilə peşəsi müxalifəti döyməkdən ibarət olan birinə mandat verdi. Adama elə gəldi ki, “ağlını” nəzərə aldılar, onu daha da böyüdəcəklər. Nəticədə bu "ağıllı" da mbisiyasının qurbanına çevrildi, ölkəni tərk etdi. İndi oturub Almaniyada insan azadlıqlarından, korrupsiyadan danışır, bizi mübarizəyə səsləyir. Gəlib burda ideallarını ortaya qoymaqdan qorxur, virtual dəstəkdən bihuş olur. “Mühacir”lərdən biri Universitet adıyla BAZAR açmışdı. Yenə də günah hökumətdə idi. Bu adam açıq-aşkar alverlə məşğul olurdu. Kimə istəyirdi tələbə bileti verirdi. Oxumadan isə diplom almaq mümkün idi. Bircə məqsədi var idi, bu adamın: millətin savadsızlığı hesabına çoxlu pul toplamaq. İndi bu "elm fədaisi" də oturub Parisdə bizə ağıl verir. Digər birinin titullarına diqqət edin: “Azərbaycan Respublikasnın dövlət xadimi, diplomat, Fövqaladə və Səlahiyyətli Səfir”. Bu adam ona göstərilən etimadın mahiyyətini anlamadı. Danışığına diqqət edin: “Azərbaycan XİN-in zərər çəkmiş diplomatlarına müraciət edirəm! Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız. Bunu çox gözləmək lazım gəlməyəcək”. Ay yaramaz,... Bu yazımda indi ölkəni təhqir edən digər “mühacir”ləri təhlil etmək fikrim yoxdur. Bir – ikisinin danışığına qulaq asmışam. Adam xəcalət çəkir. Nadanlıqdan başqa heç nə sezilmir. Elə danışırlar ki, elə bil ki, ölkəni bunlardan başqa sevən yoxdur. Böyük yunan yazıçısı Nobel mükafatı laureatı Georqos Seferis ötən sərin 60-cı illərində ABŞ -da olarkən ona ölkəsi barədə sual verirlər. Şairin cavabı belə olur: “Təhlükəsiz yerdə olduğuma görə kimisə tənqid etməyə haqqım yoxdur”. Gözəl etirafdır. Qondarma mühacirlər! Bura tənqid üçün təhlükəli yer deyil, qorxmayın. Söyüşlə yalançı qəhrəman iddiasında olanlar: Bu məmləkətdə sizin hərəkətlərinizə gülürlər. Sizinlə bağlı şəxsən məni narahat edən bircə məqam var: gərək sizin kimi tiplər bu millətdən olmayaydı. Təəssüf.. Mühacir anlayışını və millətin adını üstünüzdən götürün. Etibar Əliyev, fəlsəfə doktoru \\moderator.az\\ Geri qayıt |