Əsas Səhifə > Partiya, Güney Press > Sərkisyan əsgərlərini posta zəncirlə bağlayırsa...

Sərkisyan əsgərlərini posta zəncirlə bağlayırsa...


27-02-2018, 08:58
Sərkisyan əsgərlərini posta zəncirlə bağlayırsa...
Ermənistanın diplomatik müstəvidə fəaliyyətsizliyi, yarıtmaz mövqeyi və danışıqlarda predmetlərin müzakirəsindən qaçışı Dağlıq Qarabağ məsələsinin həllini radikal bir məcraya yönəldir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O vurğulayıb ki, müvəqqəti sülh adlandırılan durum hazırda İrəvanın ucbatından çox kövrəkdir:

“Ermənistanın həyasızlığı üzündən vəziyyət partlaşıya doğru gedir və demək olar ki, kritik bir xəttə yaxınlaşır. Ermənistan özü də çox gözəl anlayır ki, siyasi, diplomatik və geosiyasi müstəvidə etdiyi cığallıq barışığa doğru əməli addım atmadığı təqdirdə böyükmiqyaslı hərbi kampaniyanı qaçılmaz edəcək. Faktiki kazarma rejimində yaşayan Ermənistanda əhalinin sayı getdikcə azalır və indiki şəraitdə təbii artımdan söhbət gedə bilməz. Çünki Ermənistanda demoqrafik resurslar tükənir. Sərkisyan hökuməti də qarşıdurma xəttini təminatlı şəkildə qorumaqdan ötrü vaxtaşırı Ermənistandakı hərbiçiləri, hətta orduya yenicə çağırılan gəncləri belə Qarabağa göndərir. Ancaq bu gənclər hərbi baxımdan səriştəsizdirlər. Digər tərəfdən isə onlar bilirlər ki, Azərbaycan Ordusu gec-tez Ermənistana öz zərbəsini endirəcək. Ona görə də qorxudan postlarını qoyub qaçırlar. Hətta iş o həddə çatıb ki, Ermənistan hərbi komandanlığı bunun qarşısını almaq üçün erməni hərbiçilərə qarşı vəhşi üsullardan çəkinmir. Məsələn, Azərbaycan Ordusu ermənilərin tutduğu bəzi mövqeləri azad edən zaman erməni əsgərlərin öz postlarına, mövqelərinə zəncirlə bağlandığının şahidi olduq. Bu, vəhşiliyin son həddi idi”.

Politoloq Ermənistan rəhbərliyinin hazırkı narahatlığının səbəblərinə də işıq salıb:

“Sərkisyan vaxt tükəndikcə kriktik məqamın yaxınlaşdığını dərk edir. İrəvanın apardığı yalan kampaniyası da göstərir ki, ermənilərin özlərinə ümidləri yoxdur və buna görə də qorxu içərisindədirlər. Ermənistan indi olan-qalan demoqrafik resursunu müxtəlif bəhanələrlə yerlərə təhkim etməyə çalışır. Azərbaycanın mövqeyi düşmən üçün müqayisəyəgəlməz şəkildə fərqlidir. Təsadüfi deyil ki, bu yaxınlarda Müdafiə naziri Zakir Həsənov müharibə ehtimalını istisna etmədi. Zənnimcə, müharibə başlayarsa, qələbənin kimin olacağı heç gündəmə belə gəlməyəcək və Ermənistan əbədi Azərbaycanın kölgəsində qalacaq”.

Geri qayıt