Əsas Səhifə > Partiya, Güney Press > “Odda yanmağa hazıram, təki xalqım dinc yaşasın...”
“Odda yanmağa hazıram, təki xalqım dinc yaşasın...”3-02-2018, 10:35 |
Azərbaycan KP MK-nın sonuncu 1-ci katibinin 1991-ci il avqustun 28-də keçirilmiş sonuncu plenumdakı çıxışından... 27 il öncə çökmüş SSRİ-nin əsas ideoloji dayağı olan Kommunist Partiyası artıq 1991-ci ilin ortalarından ayrı-ayrı müttəfiq respublikalarda, eləcə də Azərbaycanda süquta doğru getməkdə idi... Maraqlıdır, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin son plenumunda sonuncu 1-ci katib öz çıxışında nələri vurğuladı? Bu çıxış ətrafında hansı müzakirələr oldu? Keçmiş kommunist rəhbərlər partiyanın süqutunu necə qarşılayırdılar?.. Bu suallara cavab tapmaq üçün Moderator.az Azərbaycan Milli Məclisinin sabiq deputatı Maksim Musayevin “Azərbaycan Kommunist Partiyasının süqutunun son saatlarında çıxışım” adlı məqaləsinin maraqlı məqamlarını təqdim edir. Öncə Azərbaycanın 1-ci prezidenti və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu 1-ci katibi olmuş Ayaz Mütəllibovun 1991-ci il avqustun 28-də Azərbaycan Kommunist Partiyasının sonuncu plenumundakı Azərbaycan Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər arxivində saxlanılan çıxışının stenoqramını nəzərinizə çatdırırıq: “70 il Azərbaycanda hökmran olduğu partiyanın son günləri, saatları və dəqiqələrini görmək bizim nəslə qismət oldu... Bu, 1991-ci il avqust ayının 28-ində baş verdi. Plenum əvvəlkilərdən xeyli fərqli və yaddaqalan idi. Plenumun nə qərarı, nə protokolu və nə də ki, protokola imza atanı oldu. Partiya süqutunun yalnız bir “sənədi” - stenoqramı arxivlərdə qaldı. Son - süqut plenumunda əvvəlkilərdən fərqli olaraq çıxışa can atanlar, gözə girməyə çalışanlar yox, şəxsi təşəbbüsə qoşulub, ölkəsinə və millətinə sədaqətinə görə cəmi 6-7 nəfər danışan oldu. Respublika rəhbəri Ayaz Mütəllibov iclasda ilk nitqinə belə başladı: “...Respublika və partiya özünün mürəkkəb dövrünü yaşayır. SSRİ-də qaynar siyasi proseslər getdiyindən bu da öz təsirini bizim respublikaya göstərir. Ölkədə - dünyada Kommunist Partiyasının günahları barədə nə danışırlarsa, bunun bizim Respublikaya aidiyyatı yoxdur. Bir ildən çoxdur ki, biz fəaliyyətimizlə müstəqil məşğul oluruq, bacardığımız qədər reformalar edirik, kadr təyinatında da Moskvadan asılı deyilik, tədricən milli maraqlarımıza uyğun hərəkət edə bilirik... Həyatın reallıqları ilə də razılaşmalı oluruq, müxalifətin tələb və təzyiqlərinə də uymayırıq... Bizi günahlandırırlar ki, Azərbaycanın maraqlarını güdmürük... Növbəti Ali Sovetin sessiyasının gündəliyinə “Dövlət müstəqilliyi haqqında” məsələni daxil edəcəyik. Ukrayna, Moldova belə qərarı qəbul edib, Baltik ölkələri də getdilər. Bəyəm biz müstəqilliyi istəmirikmi, bəyəm biz başqa xalqlardan fərqliyikmi?.. Rusiyanm federallaşmasından danışılır, söhbət Rusiya imperiyasının yenidən yaranmasından da gedir... Ayıq olun Azərbaycan vətəndaşları, Yeni Tarix yaranır... Mən prezident olaraq Azərbaycanın müstəqil olmasını istəyirəm... Görək bu məsələdə xaric bizi necə qəbul edəcək? Avropa üç Baltik ölkəsinin müstəqilliyini qəbul edib, başqaları kimı - bizi də qəbul etməyə də bilər. Bu məsələlərə sadəlövhlüklə yanaşmaq olmaz... Biz müstəqillik yolu seçmişik, bu yolda kişi kimi hərəkət edib, deməliyik ki, bəli, biz əsl kişiyik. Sadə adamlar məndən soruşurlar ki, Kommunist partiyasının aqibəti - müqəddəratı necə olacaq?.. Bu partiyanı Moskvadakılar və onun ali orqanı olan “Pravda” qəzeti səhifələrində qoruya və müdafıə edə bilmirsə, biz nə edə bilərik, nə etməliyik ki?.. Biz Konstitusiyamıza uyğun hərəkət edəcəyik, əvvəlki kimi partiyanın yuxarıdan gələn tapşırıq və göstərişlərini yerinə yetirmək olmayacaq, Rusiya kütləvi informasiya vasitələrinin dediklərinə də uymamalıyıq. Biz indi həyatın diqtə elədiyi qanunlara uyğun hərəkət etməliyik... Yeni partiyamızm yaranması barədə tapşırıq verilibdir... Moskva və Rusiya bizlərə hansı münasibət göstərsə, biz də onlara elə münasibətdə olacağıq. Rusiya parlamenti Azərbaycanımıza xoşagəlməz ləkələr yaxsa, mən elə parlamentə hörmət etməyəcəyəm və sizləri də o parlamentə hörmət etməməyə səsləyirəm... Bizi bir-birimizə qarşı qoymaq istəyənlər var... Xatırlayın, Mir Cəfər Bağırovu, Vəli Axundovu... Bakıda vəziyyəti gərginləşdirirlər. Mənə heç nə lazım deyil. Bu bir il yarımda mən elə məqamlarla üzləşmişəm ki, bunu heç kəsə arzu etməzdim. Odda yanmağa hazıram. Təki, xalqım dinc yaşasın, qan tökülməsin. Prezident kimi və adi vətəndaş kimi də mənə bunlarla qarşılaşmaq olduqca ağırdır... Ermənilərin gözündə mən xoşagəlməz bir adam görünürəm... Hakimiyyət sahibi olmaqla Xalq Cəbhəsi üzvlərini qazamata ata, dağıda və Sibirə göndərə bilərdim. Amma mən əksfıkirli azərbaycanlıların türmədə çürüməsini istəmirəm... Bizim yeni tipli siyasi partiyamız olmalıdır, oraya ziyalılarımız toplaşmalıdır. Dünyada elə bir dövlət yoxdur ki, orada siyasi partiya olmasın... Mən qərar qəbul elədim və Moskvaya ərizə göndərdim ki, Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən imtina edirəm. Cəmi həmin Büroda üç dəfə iştirak eləmişəm. Əyləşib qulaq asıb görmüşəm ki, bura mən dözə bilən yer deyil. Çıxış edib dedim ki, bu, nə Siyasi Bürodur ki, burada əyləşənlər prezidentlərdir. Və mənim fıkrimlə Qorbaçov razılaşdı. Özlərində qayda-qanun yarada bilmirlərsə, bizdə bunu yaratmaq qətiyyən mümkün deyildir. Bəli, onlar bizi sıxışdırırlar, biz isə azad, müstəqil, demokratik olmaq istəyirik... Partiya barədə deməliyəm ki, biz qurultay çağırıb bu partiyanı ləğv edə də bilərik. Yenisini yaradıb, nizamnaməsini də yaza bilərik, biz xeyli vaxtdır ki, bu işlə məşğuluq... İndi istərdim buradakıların təkliflərini də eşidək...” (Sənəd - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılır (Fond JVs 1, Siyahı JVa 86, Sax. Vax. JVs 18)”. (Davamı var) Geri qayıt |