Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                 

“Onlar uzanan əli sıxmadı” - Hakim partiya funksioneri
Tarix: 17-09-2020, 10:43 | Çap et
“Onlar uzanan əli sıxmadı”
Radikal müxalifət partiyaları ilə hakimiyyət arasında münasibətlər dəyişməz qalır. İllərdir müşahidə olunan gərginlik, qarşılıqlı ittihamlar hələ də davam edir. Ölkədə son zamanlar siyasi münasibətlər sistemində ciddi müsbət addımların atıldığı fonunda nədən radikal müxalif partiyalarla da münasibətlərin normal məcraya yönəldilməməsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr açılır. Suallar verilir ki, hökumət inkarçı və radikal hesab elədiyi müxalifətlə rəftarın başqa variantlarını niyə sınaqdan çıxarmır? İqtidar özünü haqlı, güclü, siyasi rəqibini haqsız və gücsüz bilirsə, nədən onlarla debata, dialoqa getmir? Həbsdən, təqibdənsə, debata çıxıb qarşı tərəfin haqsız olduğunu isbatlamaq daha məqbul yol deyilmi? Həbs edəndə iqtidarın üzərinə daha çox təzyiq gəlir. Bu ənənəvi yoldan niyə imtina edilmir?

Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov bildirdi ki, Azərbaycanda siyasi partiyalarla, müxalifətlə iqtidar arasında dialoq mühiti mövcuddur. Bu ilin əvvəllərindən isə dialoq mühiti daha da dərinləşib: “Ölkə Prezidenti elan edib ki, ölkədə yeni siyasi konfiqurasiya formalaşır. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə siyasi partiyaların görüşləri keçirilir. Bu görüşlərdə heç bir partiyaya ayrı-seçkilik edilmədiyi bəllidir. Həmin görüşlərə sizin qeyd etdiyiniz radikal müxalifət partiyalarının rəhbərləri də rəsmi dəvət edilmişdilər. Lakin onlar bu görüşlərdə iştirak etmədilər. Göründüyü kimi, məhz onlar hakimiyyətdən onlara tərəf uzanan əli tutmaqdan yayınırlar. İqtidar tərəfi dəfələrlə xoş məram göstərib, lakin radikal düşərgə ənənəvi ziyanlı mövqedən imtina etmir. Yəni ənənəvi davranışı məhz radikal müxalifət davam etdirir. Azərbaycanın iqtidarı, Yeni Azərbaycan Partiyası isə dialoqa həmişə açıqdır.

Həbslər və təqib məsələsinə gəlincə, Azərbaycanda kifayət qədər demokratik mühit var və siyasi mövqeyinə görə kimsə həbs edilmir, təqib olunmur. Hansısa siyasi partiya mənsubiyyəti olan şəxslər isə konkret inzibati hüquq pozuntularına və cinayət əməllərinə görə məsuliyyətə cəlb olunurlar. Azərbaycan hüquqi dövlətdir, siyasi mənsubiyyətinin olub-olmamasından, müxalifət partiyasında və ya başqa partiyada olub-olmamasından asılı olmayaraq hər kəs qanunlar çərçivəsində hərəkət etməlidir. Müxalifət partiyasının üzvü olmaq qanunları pozmaq, yol verdiyin cinayət əməlinin yaratdığı məsuliyyətdən kənarda qalmaq hüquqi vermir".

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, bütün hallarda hakimiyyət siyasi sistemin iştirakçılarının hər biri ilə dialoqda olmaqda maraqlıdır: “Ölkəmizdə həyata keçirilən islahatlar kontekstində bu daha da aktualdır. Çünki cəmiyyətin inkişafı və milli maraqların təmin olunması ictimai-siyasi həmrəylikdən və milli enerjinin milli maraqlar ətrafında səfərbər edilməsindən keçir. Hazırkı mürəkkəb tarixi mərhələdə bu daha vacib əhəmiyyət kəsb edir. Ona görə də inkarçılar dedikdə məhz mövcud vəziyyətdə bu reallıqları qiymətləndirmək istəməyən, ümumi maraqlar naminə ortaq təmas nöqtələrini qəbul etməyən, ideya, fikir, yaxud lap elə əməlləri ilə dövləti maraqlarımıza töhfə verməyənlər, tam əksinə, əldə edilən uğurları görməzlikdən gələnlər nəzərdə tutulur. Radikallar isə ucdantutma heç bir rasional işi və əməli qəbul etməyənlər, ən kəskin üsullar və vasitələrlə hakimiyyəti tənqid edərək bütün hallarda ona qarşı çıxanlardır. Ancaq buna baxmayaraq cəmiyyətdə dialoq və effektiv ictimai ünsiyyət mühitinin mövcud olması məsuliyyətinin ən çox ona aid olduğunu dərk edən hakimiyyət ən müxtəlif üsullarla bunu təmin etməyə çalışır. Bəri başdan deməliyəm ki, xeyli böyük miqyasda da əslində buna nail olur. Əks təqdirdə, biz ictimai harmoniya və ahəngdarlıqdan danışa bilmərik. Bunların isə ölkəmizdə mövcud olması olduqca mühüm əhəmiyyətli faktor olmaqla həm də milli inkişafımız üçün təminat yaradır. Ona görə də radikal müxalifətlə ünsiyyət yaratmaq məsələsində ən müxtəlif variantlara əl atır. Ən son hadisələrə diqqət etsək görəcəyik ki, Prezident Admnistrasiyasında hətta siyasi partiyalarla iş aparmaq üçün ayrıca şöbə belə yaradılıbdır. Düşünürəm ki, sualınızın bir cavabı da elə buradadır. Yəni həm də daha yeni variantlarla dialoq mühitini daha da genişləndirmək məqsədilə yaradıldı bu yeni struktur. Yaranar-yaranmaz da olduqca uğurlu addımlar atmağı bacardı, ali siyasi iradənin siyasi məqsədlərini realizə etmə yolunda intensiv və effektiv işlər gördü. Şöbə müdiri Ədalət Vəliyev az qala hər gün siyasi sistemimizin ən müxtəlif iştirakçıları ilə görüşlər keçirdi, pandemiya şəraitində yaşamağımıza baxmayaraq bu görüşlər hələ də davam etdirilir. Mən əminəm ki, biz bunun necə müsbət nəticələr verəcəyini bir qədər sonra siyasi sistemimizin real mənzərəsində görəcəyik. Bütün bunları yeni variant kimi nəzərdən keçirə bilərsiniz. Ancaq onu də nəzərə almaq lazımdır ki, bu görüşlərə getməkdən kimlər imtina etdi. Yaxud ön şərtlər qoyaraq əslində uzanan dialoq əlini geri çevirdi. Bu isə əlbəttə ictimai diqqətdən yayınmadı və beləliklə həmin ictimai məsuliyyət yenə də həmin inkarçıların üzərində qaldı. Ancaq şübhəsiz ki , demokratik cəmiyyətdə belə təşəbbüslər daima davam etdirilir və etdiriləcəkdir və bu prosesdə mümkün yeni variantlar da, əlbəttə, yenə ortaya çıxacaq”.

Debatlara, ictimai müzakirələrə gəldikdə, deputat dedi ki, bu da demokratik cəmiyyətin əsas atributlarından biridir və geniş ictimai auditoriya tərəfindən olduqca rəğbətlə qarşılanır. Çünki nəticə etibarilə hər bir vətəndaş müxalif fikirlərin, yaxud iqtidar-müxalifət mövqeyinin hansının doğru olduğuna belə müzakirələrdə səsləndirilən fikirlər və arqumentlər əsasında qərar verir. Ona görə də belə effektiv sosial alətdən mütləq istifadə etmək lazımdır: “Çünki nəticə etibarilə rəqabət mühitində inandırıcı vasitələrlə həm də təmsil etdiyin siyasi partiyanı təbliğ etmək üçün göydəndüşmə fürsət əldə edirsən. İqtidar partiyası da vaxtaşırı belə debat və müzakirələrdə əsasən iştirak edir. Əgər bu prosesdə hələ üstəlik bir haqsız arqumenti zərərsizləşdirərək ictimai müzakirələrdən çıxara bilirsənsə, deməli, təkcə mənsub olduğun siyasi təşkilatın deyil, həm də obyektiv ictimai münasibətlərin formalaşmasının da təminatçısına çevrilirsən ki, bu da ümumi mənafelərimiz baxımından çox əhəmiyyətlidir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Bu gün, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Bu gün, 13:00
Kərim məhkəmədən narazıdır
Bu gün, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Bu gün, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Bu gün, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Bu gün, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Bu gün, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Bu gün, 12:24
"Elçin mənim mükafatımdır"
Bu gün, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru