Əsas Səhifə > Hadisə, Manşet > Komitə sədri yola salınır

Komitə sədri yola salınır


25-11-2015, 09:32
Komitə sədri yola salınır
DİA.AZ: - Redaksiyamıza verilən xəbərə görə, yaxın vaxtlarda hakimiyyət ciddi kadr islahatı həyata keçirəcək. DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, qərarla Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vəzifəsindən azad olunacaq.

Mənbə bildirir ki, artıq bununla bağlı yekun tədarük işləri görülür.

diaaz.space xatırladır ki, Nazim İbrahimovun doğma qardaşı, məşhur iş adamı - 100 milyardlıq "Xəzər Adaları" layihəsinin əsas icraçısı olan Hacı İbrahim Nehrəmli demək olar ki, müflis durumdadır. Buna qədərsə Nazim İbrahimovun digər qardaşı - Tağı İbrahimov ATV telekanlının rəhbərliyindən uzaqlaşdırılmışdı.

İndi isə yekun nəticə gözlənilir.

Geri qayıt