Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycan elminin Coşqun Dadaşov MÖCÜZƏSİ...
Azərbaycan elminin Coşqun Dadaşov MÖCÜZƏSİ...23-09-2024, 12:19 |
"Oxucularıma bildirirəm ki, Maykl Murkok yaradıcılığında mifoloji zaman və gerçək dünya” mövzusunda 6 aya yaz(dır)dığı dissertasiyasının avtoreferatını əldə etmişəm və hazırda onun əsl müəllifi kimi ehtimal etdiyim bir şəxsin dissertasiyası ilə müqayisə edərək, üslubi ekspertizasını aparıram. Tezliklə Coşqun Dadaşovun bu 6 aylıq dissertasiyasının əsl yazarının kim olduğu bəlli olar. Mən onun elmi seminarda “öz dissertasiyası”nın məzmunu ilə bağlı çıxışının əldə etdiyim videoyazısına baxıb çıxışını gözünü çəkmədən mobil telefondan oxuduğunu görəndə bir daha əmin oldum ki, bu uşaq dissertasiya yazmaqdan çox uzaqdır". Dia-az.İnfo bildirir ki, bunu xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib. O daha sonra bunları əlavə edib: "Tibbdə məlumdur və elə cəmiyyətdə də yaxşı bilirlər ki, 6 aylığında doğulan uşaq yaşamır və ölümə məhkumdur. İlkin ötəri baxış göstərir ki, Coşqun Dadaşovun 6 aya yaz(dır)ılan bu dissertasiyası “ölüm”ə məhkum olacaqdır. Dissertasiyanın məzmunu və onun həqiqi müəllifinin kim olmasının müəyyənləşdirilməsi məsələsi ayrı bir yazının mövzusudur və xeyli vaxt tələb edir. Lakin bu iş haqqında indi də müəyyən fikir bildirmək olar. Dünənki yazımda Coşqun Dadaşovun doktoranturaya 2023-cü ilin sentyabrında qəbul edildiyini xatırlatmışdım. Onu da əlavə edim ki, doktorantlara mövzu verilməsi, elmi rəhbər təyin edilməsi, mövzuların əvvəlcə müvafiq kafedrada, sonra universitetlərin Elmi şuralarında və nəhayət, Əlaqələndirmə şurasında təsdiqi də bir neçə ay vaxt aparır. Bunun üçün minimal vaxt götürsək belə, Coşqun Dadaşovun dissertasiya hazırlamasına cəmi 2-3 ay vaxt qalır. Avtoreferatda onun dissertasiyanın mövzusu ilə bağlı dərc etdiyi əsərlərin siyahısına baxaq: 1. Maykl Murkok yaradıcılığında bədii eksperiment: magik realizmə dair // “H.Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası”. III Beynəlxalq elmi konfrans. – Bakı: Azərbaycan Dillər Universiteti, – 5-6 may, – 2020, – s.144-145. 2. Maykl Murkok yaradıcılığında müasir fentezinin modifikasiyası // “H.Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası”. IV Beynəlxalq elmi konfrans. – Bakı: Azərbaycan Dillər Universiteti, – 7 may, – 2021, – s.240-241. 3. Maykl Murkok romanlarında mifoloji zaman və gerçək dünya // – Bakı: Bakı Dövlət Universiteti, Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), – 2023. № 3(123), – s.249-252. 4. Maykl Murkok romanlarının mifoloji sistemində arxetip obrazlar // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, – 2023. №14, – s.379-386. 5. The artistic embodiment of magical realism Michael Moorcock's creativity // Collected Papers LIX International ScientificPractical conference «EurasiaScience». – Moscow, Russia, – February 15, – 2024, – p.229-231. 6. Mifoloji zaman anlayışı və onun Maykl Murkok yaradıcılığında resepsiyası // Gənc tədqiqatçıların VII Respublika elmi konfransı. – Bakı: Azərbaycan Universiteti, – 15 mart, – 2024, – s.83-85. 7. M.Murkok yaradıcılığında ikili reallıq və zamana səyahət // – Bakı: Qərbi Kaspi Universiteti, Elmi xəbərlər. Humanitar elmlər seriyası, – 2024. №1, – s.57-63. 8. M.Murkok romanlarında skandinav mifləri ilə ədəbi paralellər // – Bakı: Azərbaycan Universiteti, İpək yolu, – 2024, №2, – s.99-106. 9. M.Murkok yaradıcılığının spesifik xüsusiyyətləri: folklormifoloji köklərə qayıdış // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, – 2024. №3, – s.348-355. 10. Interaction of fantasy and postmodernism in the creativity of Michael Moorcock // – Poland, Warszawa, Сolloquium-journal, – 2024. №5(198), – p.29-32. 11. M.Murkok yaradıcılığında yeni dünya modeli: Multidünya konsepsiyası // “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası”. VII Beynəlxalq elmi konfrans. – Bakı: Azərbaycan Dillər Universiteti, – 7 may, – 2024, – s.87-89. Siyahıdan görünür ki, məqalənin ikisini Coşqun Dadaşov hələ doktoranturaya qəbul edildiyi vaxtdan xeyli əvvəl – 2020 və 2021-ci illərdə yaz(dır)mışdır. Bu o deməkdir ki, artıq həmin dövrdə Kamal Abdullayevin sağ əli kimi fəaliyyət göstərən bu uşaq elə o zaman da dissertasiyasını yaz(dır)mağa başlamışdır, çünki doktorantura öz əllərində, dissertasiya yazan da öz ətraflarında olmuşdur. Yerdə qalan doqquz məqalənin yaz(dır)ılmasına Coşqun Dadaşov 7 ay, mövzunun təsdiqi və yuxarıda sadaladığım digər prosedurlar üçün tələb olunan vaxtı çıxsaq, 4 ay vaxt sərf etmiş, başqa sözlə, ayda iki məqalə hazırlayıb çap etdirmişdir. Nyutondan oğurlanmış almanın yarısını yedikdən sonra belə sürətlə məqalə yazmaq, əlbəttə, o qədər də çətin olmamışdır. Əziz doktorant və dissertantlar, Azərbaycan Dillər Universitetinə gəlin və Coşqun Dadaşovun dissertasiya yaz(dır)maq təcrübəsini öyrənin. Maliyyə imkanı olanlar isə Kamal Abdullayevin müdafiəni sürətləndirmək və təşkil etmək imkanlarından da yararlana bilər. Sonra “demədi” deməyin". Geri qayıt |