Əsas Səhifə > Hadisə, Manşet > `Bolt` müştərilərə BELƏ PUL `ATIR`...
`Bolt` müştərilərə BELƏ PUL `ATIR`...2-09-2023, 10:13 |
DİA.AZ: - "Ciddi şikayətim var son günlər Bolt -dan! Rəzalət vəziyyət alıb. Mən gün ərzində müntəzəm taksidən istifadə edirəm. Son günlər isə taksi qəsdən bütün şəhəri fırladır və artıq ödəniş yazır. Şəhər hələ boşdur, pik saat da deyil. Tıxacı bəhanə edirlər ki, orada tıxac var, indi gəlmişəm uzaq yolla sürüm. Mən etiraz edirəm ki, mən tələsmirəm yazıldığı kimi sürün..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mələk Babazadə adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra yazır: "Amma yenə öz bildiklərini edirlər. Mən niyə artıq ödəniş edim? Bəlkə mənim üstümdə əlavə pulum yoxdur heç? Yazılan məbləğ mənə uyğundur deyib ona uyğun yola çıxıram. Bu gün düz 10 manatdan artıq yazan puldan əlavə pul ödəmişik. Niyə axı? Heç kim pulu rahat qazana bilmir vallah. Deyəcəksiniz ki, pulun yoxdursa minmə taksiyə. Amma hava istidir. Deyirsən ki, bu da bir xidmət növüdür də. Arada adam onlara da xeyir versin. Amma bu qədər sui-istifadə edilməz daha insandan. Konkret BOLT-un taksi xidmətini boykot edirəm! Bundan sonra sırf prinsipə qarşıma çıxan bütün reklamlarına da vaxtımı ayırıb spam şikayət edəcəm özümdə də, kimdə görsəm də. Təsəvvür edin, Bulvardan (Torqovudan) Masazıra gəlmək üçün gedib Nərimanovdan Koroğluya, Ziya Bünyadova çıxıb, gəlib Binəqədidən girib Novxanıdan çıxıb gəldi Qurtuluşa. Saat 21:00-də səni buna vadar edən nədir axı? Çıx ən pis halda Azadlıqdan Karl Marksa, sür 20 yanvardan gəl Masazıra da. Gündə 5 dəfə Ziya Bünyadova çıxıram. Orada hələ maşınların ilişib qaldığını görməmişəm mən. 8 manatlıq yola 17 manat pul ödədik indi. Üstəgəl Bolt sürücülərinin bəzilərinin psixoloji əsəb problemləri var. Son vaxtlar tez-tez rastlaşıram. Yanımızda söyüş söyürlər, sürət həddini aşırlar. Bir sürücü bu yaxınlarda gəlib çatdı zəng etdi açdım şəbəkə yox idi. 1 dəqiqə sonra yaxınlaşdım dedi çıxıb gedirdim artıq, zəngə niyə cavab vermirsən? Mən də şəbəkənin olmadığını dedim. Həmin sürücü bizi saldı ara məhəlləyə. Dar küçə idi. Qarşıda yol bağlı idi. Sement maşını var idi. Sürücü əsəbiləşdi və dar küçə ilə çox yüksək sürətlə geri dönüb sürməyə başladı. Divara çırpılmağı an məsələ idi. Bir az yavaş sürə bilərsiniz deyəndə bəyənmirsinizsə düşün. Bizi qoydu tanımadığımız yolun ortasında. Taksi də tapa bilmirdik. Kiminsə sifarişinə xahiş minnətlə şərik mindik gəldik. Sonuncu şikayətimi Bolta yazdım, deyir sürücünün sürət həddini aşdığını sübut edin. Mən bunları çəkməmişdim. Yalandan niyə belə bir fikir irəli sürüm? Neçə dəfə taksi sifariş edirəm gündə, yaxşıya 5 ulduzumu verib keçirəm. Bolt şikayətlərə Uber kimi də baxmır. Ona görə son baş verənləri birbaşa bura yazmağa gərək duydum. Mən Uberin tərəfdaşı deyiləm. Amma mən o taksi xidmətində belə hal yaşamamışam. Uberdə tək məsələ 3 dəqiqəni aşan gözləmə pulunun yazmasıdır. Bu da yolagedən məsələdir..." İddia olunanlarla bvağlı diaaz.space olaraq qarşı tərəf də dinləməyə hazırıq... Geri qayıt |