Əsas Səhifə > Hadisə, Manşet > "Pulu yerdən yığmırıq ki, verək belə şirkətlərə yesinlər..."

"Pulu yerdən yığmırıq ki, verək belə şirkətlərə yesinlər..."


21-07-2023, 09:44
"Pulu yerdən yığmırıq ki, verək belə şirkətlərə yesinlər..."
DİA.AZ: - "Şikayətim "Alfanet" internet şirkətindəndir". DİA.Az bildirir ki, bu baarədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Murad Səmədov adlı istifadəçi giley edir.

"Pulu yerdən yığmırıq ki, verək belə şirkətlərə yesinlər..."

Narazı vətəndaş daha sonra yazır: "1 dəqiqə gecikəndə ödəniş interneti bağlayırlar . Amma 3 gündür Xırdalanda internet yoxdu normal.

Mənim pulum megabayta çıxır ancaq. İşlədə bilmirsinizsə, bağlayın bu şirkəti camaat işini bilsin də. Deyin ki , bacara bilmirik , bizlik deyil bu iş. Biabırçılıqdı təmiz.

Gələn ay ləğv edəcəm bu provayderi . Siz də ləğv edin normal günə çıxın. Problemləriniz azalsın. Heç olmasa bilin nəyə görə pul verirsiniz. Pulu yerdən yığmırıq ki, verək belə şirkətlərə yesinləəəəər..."

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt