Əsas Səhifə > Hadisə, Manşet > ADAU ÇİRKABLIĞI...

ADAU ÇİRKABLIĞI...


14-07-2023, 09:27
ADAU ÇİRKABLIĞI...
DİA.AZ: - "ADAU-ya yeni təyin olunmuş Zəfər Qurbanov ölkə başçısının rüşvət,korrupsiya və saxtakarlığa qarşı yürütdüyü siyasətə məhəl qoymayaraq çalışdığının 1 ili tamam olmadan öz şəxsi maraqlarına uyğun olaraq rəhbəri olduğu Universiteti öz qanunlarıyla idarə etməyə başladı. Belə ki, özünü “Şəffaflıq” simvolu kimi təqdim edən Z.Qurbanovun 04 iyul 2023-cü il tarixdə saxta yollarla diplom verməyə çalışdığının şahidi olduq. 5 ildə bir dəfə də olsun auditoriya otağına daxil olmayan,heç bir imtahan və sessiyalarda iştirak etməyən,Universitetin Daxili Nəzarət şöbəsinin müdiri olduğu halda daxili qayda-qanunları özü pozan Bəşir Bağırzadəyə saxta əmr verərək onu dövlət imtahanına buraxmışdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Maraqlıdır,B.Bağırzadənin hər hansı bir vəzifəni icra etməsi,rektorun “qara kassası” olması bu əmrin verilməsini qanuniləşdirirmi? Nəzərinizə çatdırırıq ki, bütün bu məlumatlar faktlara söykənərək yazılıb.Universitetetin İqtisadiyyat fakultəsinin V kurs qiyabi qrupunun tələbələri öz etirazlarını imzalı şəkildə bildirmişlər.Qeyd edilən faktlar lazımı orqanlara çatdırılmışdır.
Hörmətli universitet rəhbəri,biz ədəbimizə sığınaraq hadisələrə nəzakət qaydalarını gözləyərək səbrlə yanaşırıqsa bu heç də sizin öz vəzifə səlahiyyətlərinizdən sui-istifadə etməli olduğunuz anlamına gəlmir.
Ətrafdakı hər kəs normal düşüncə,bəlli bir yaşa çatmış,hadisələri olduğu kimi analiz edəcək bir məqama çatdığına görə bütün bu olanların fərqindədir əlbət.
Əgər “ədalətli iş prinsip”inizin bir parçası olan otaqlara quraşdırırlmış kameralara nəzər yetirsəniz görərsin iz ki,sizin o həmin Daxili Nəzarət şöbəsinin müdiri heç sessiya boyu auditoriyada görsənməyib.Bəs 5 ildə bir dəfə də olsun auditoriya otağına daxil olmayan “silah yoldaşı”nızı,”yol yoldaşı”nızı hansı ədalətə söykənərək qeyri-qanuni əmrlə imtahana buraxırsınız?
Millətin gözünə kül üfürmək üçündürmü bu “Daxili Nəzarət Şöbəsi”?Yoxsa təsis etdiyinizin qayda-qanun kasub-kusub,”adamı”,yeyəsi olmayanlar üçündür?
Gecə-gündüz oxuyan,öz biliyi,zəhməti hesabına imtahanlarını özü verməyə çalışan,zəhmətkeş tələbələrə qoyduğunuz hörmət budurmu?
Siz fərqindəsənizmi ki,bu ölkənin dayanıqlı,sağlam,xoşbəxt gələcəyi sizin o himayə etdiyiniz bəzi özündənrazı,başıboş,intellekti olduqca zəif,hər işini pul,adam hesabına görmüş müftəforlarda deyil,belə minlərlə cibi boş,başı dolu,savadlı və gələcəyə inamlı gənclər üzərində qurulacaq.
İlk baxışda fəaliyyətinizi ədalətli iş prinsipi əsasında qurmağa çalışsanız da,hadisələrin gedişi,baş verən bütün bu qanunsuzluqlar heç də hər şeyin göründüyü kimi olmadığını hər kəsə bəyan edir.
Cəmiyyətə özünü təmizlik,ədalət,şəffaflığın təcəssümü kimi təqdim edən bu çox hörmətli Zəfər Qurbanov əslində görünən səhnənin arxasında öz bildiyini oxuyan,vəzifə səlahiyyətindən sui-istifadə edən,ətrafına topladığı korrupsionerləri istənilən qanun pozuntusu etmələrinə rəğmən qabağa çəkən bir saxtakardır.
Biz,ADAUN-nun haqqı tapdalanmış tələbələri olaraq,yaranmış bu problemin həlli naminə,yeri gələrsə Cənab Ali Baş Komandanımız,Hörmətli Prezidentimiz İlham Əliyevin belə qəbuluna getməyə,onun etimat göstərib inandığı,səlahiyyət verdiyi bu dövlət məmurunun tutduğu vəzifədən şəxsi mənafeləri üçün istifadə etdiyini,öbaşınalığını bəyan etməyə hazırıq.Yetər ki,bizim və bizim kimi minlərlə tələbənin,ölkənin bərabərhüquqlu vətəndaşlarının haqqı tapdalanmasın.
Çox “Şəffaf və hörmətli” Zəfər müəllim, Cənab Prezidentimizin sizə göstərdiyi etimadı “doğrultduğunuza” görə sizə təşəkkür edirik".

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...





Geri qayıt