Əsas Səhifə > Hadisə, Manşet > Niyazi Bayramovun fəaliyyətini ARAŞDIRIRLAR?
Niyazi Bayramovun fəaliyyətini ARAŞDIRIRLAR?14-02-2023, 10:47 |
DİA.AZ: - Dünən məlum oldu ki, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti maliyyə pozuntuları ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində müraciət etdiyi qurumların adlarını açıqlayıb. DİA.AZ açıqlanan faktlara istinadən bildirir ki, 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5.081,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib. Həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib. DİA.AZ qeyd edir ki, barəsində DTX-nə müraaciət olunan dövlət qurumlrı arasında Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İsthsalat Birliyi də var. Qeyd edək ki, birbaşa olaraq Gəncə ŞİH başçısı Niyazi Bayramovun əmrlərini icra edən bur qurumla bağlı yerli KİV-də yetərincə ifşaedici faktlar səsləndirilsə də, bu günə qədər anoloji qaydada təftişin həyata keçirilməsi barədə rəsmi bilgilər paylaşılmamışdı. İndi isə aydın olur ki, artıq sözügedən qurumla bağlı DTX-nə rəsmi qaydada müraciət olunub ki, bu da Niyazi Bayramov üçün heç də yaxşı nələrisə vəd etmir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Məsələ ilə bağlı diaaz.space olaraq bütün əlaqədar qurum və təşkilatları dinləməyə hazırıq... Geri qayıt |