Əsas Səhifə > Hadisə, Manşet > Vasif Talıbovun İRAN MEYMUNLUĞU...
Vasif Talıbovun İRAN MEYMUNLUĞU...11-01-2023, 10:19 |
DİA.AZ: - "1992-93-cü illərdə İran kəşfiyyatının Əli adlı adamı Naxçıvanda bir çox rəsmilərlə görüşür. Məqsədi İranın Qum şəhərində təhsil almağa uşaq aparmaq olur. Əli adlı bu missioner əvvəl o dövrün Təhsil naziri Nazim Əkbərlə görüşür. 30 nəfər şagirdin seçilib onlara verilməsini xahiş edir". DİA.AZ bildirir ki, bu şok faktları tanınmış jurnalist Heydər Oğuz açıqlayıb. H.Oğuz daha sonra davam edir: "Maraqlıdır ki, iranlı missioner abituriyent seçiminin normal qaydada və rəsmi şəkildə aparılmasını istəmir. Bu barədə İranla Naxçıvan hökumətləri arasında hər hansı müqavilə bağlanmasına da razı olmur. Nazim müəllim bu sövdədən duyuq düşür və missionerin tələbini geri çevirir. Fəqət üzərindən bir müddət keçəndən sonra məlum olur ki, Naxçıvandan gizli yolla 30 abituriyent Qum şəhərinə aparılıb. Təbii ki, Naxçıvan MR Təhsil Nazirliyindən xəbərsiz şəkildə. Bu gizli sövdənin üstü o zaman açılır ki, Qum tələbələrindən birinin meyiti Araz çayından tapılır. Daha sonra Quma aparılan uşaqlardan bir başqası isə Naxçıvan şəhərindəki 5 mərtəbəli evin 4-cü mərtəbəsındə yerləşən mənzilərindən özünü ataraq intihar edir. Bu müəmmalı ölümlərin səbəbi indiyədək aydınlaşdırılmayıb. Araşdırmalar nəticəsində məlum olur ki, 30 abituriyentin gizli şəkildə Quma aparılması həmin illərdə Ali Məclis sədrinin baş müşaviri işləyən Vasif Talıbovla İran missioneri Əli arasında əldə olunan sözlü anlaşma nəticəsində baş tutub. Belə çıxır ki, Vasif Talıbov bineyi-qədimdən İrana işləyirmiş". *** DİA.AZ qeyd edir ki, Heydər Oğuzun bu açıqlaması 1992-ci ildə Vasif Talıbovun himayəsi ilə 30 tələbənin İranın Qum şəhərinə təhsil almağa aparıldığı dövrün Naxçıvan MR-da Təhsil naziri olmuş Nazim Əkbərov da təsdiqləyib. Ələkbərov yazır: "Bu faktlar doğrudur. Bunu o illərdə Ali Məclisdə yüksək vəzifədə işləmiş şəxslər də təsdiq edə bilər. Özünü Əli kimi tanidan həmin İranli missionerlə 1996 və ya 1997-ci ildə o zamankı Əli Bayramlı (bu gun Şirvan) şəhərində də rastlaşdım. Soruşdum, dedilər İrana tələbə aparmaq istəyir. Sonra yox oldu. Hər halda fırıldağının ustü açıldığına gorə ya aradan çıxdı, ya da dövlət onu arzu edilməz şəxs elan etdi". *** Onu da qeyd edək ki, İrana agentura üçün göndərilən övladlarımızın aiqəbtindən öz valideynləri də zaman-zaman narahat olub, etirazlarını bildiriblər. Amma illər ərzində bu etriazlar yatırılıb. DİA.AZ bir faktı da təqdim edir. Vasif Talıbovun himayədarlığı ilə Quma təhsil almağa göndərilən və daha sonra meyiti Araz çayından tapılan gənc Babək rayonunun Qahab kəndindən imiş. İddialara görə, atası Naxçıvanlı uşaqların casusluğa cəlb olunması barədə müvafiq orqanlara şikayət edibmiş. Tələbənin meyiti də məhz bu şikayətdən sonra Araz çayından tapılıb. Qahab sakinlərindən biri yazır: “Bu oğlan qahablı idi. Dedilər, üz gözünu balıqlar yeyib tanınmır. Onu zorla tez basdırdılar ki, araşdırılmasın. Qardaşı “Paritet” qəzetində redaktor işləyirdi. Ailəsi inanmırdı ki, meyit övladlarınındır”. *** Hər halda bütün bu faktların gərəkən dövlət qurumları tərəfindən araşdırılması zərurəti var... Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |