Əsas Səhifə > Hadisə, Manşet > Devrilmiş Xanın NDU-dakı emissarı KİMƏ GÜVƏNİR?
Devrilmiş Xanın NDU-dakı emissarı KİMƏ GÜVƏNİR?10-01-2023, 09:33 |
DİA.AZ: - "Naxçıvan Dövlət Universiteti Azərbaycanın bəlkə də ən rüşvətxor ali məktəbidir. Bu "təhsil ocağı"nda hər nəsnənin öz qiyməti var. Rüşvətini ver, istəyirsən, dərsə gəlmədən belə qırmızı diplom al. Hər halda mənə bu barədə çoxlu şikayət məktubları gəlir və mən bu məktublara əsasən danışıram. Sadəcə başımı həmin ali məktəbə qoşmamaq üçün indiyədək sözügedən məktubları dərc etmirdim. Daha doğrusu, NDU-nu növbəti dəfələrə saxlayırdım". DİA.AZ bildirir ki, bunu son aylarda araşdırma yazıları ilə Naxçıvan həqiqətlərinin ortaya çıxmasında müstəsna rol oynamış tanınmış jurnalist Heydər Oğuz çıxış edib. H.Oğuz daha sonra davam edir: "Görünür, bu laqeydliyimi sezən rektor Elbrus İsayev məndən öz xeyrinə təbliğat ruporu kimi faydalanmağa qərar verib. Bir adamını öyrədib mənə təhsil sisteminə heç bir dəxli olmayan və davamlı tənqid etdiyim bir şəxsi (hələlik adını açıqlamıram) pisləyərək Elbrus İsayevi göylərə qaldıran "məlumatlar" sızdırır. Mən də təbii ki, bu məlumatı dərc ertmədim. Elbrus müəllimin adamı isə "xamlığıma" güvənib vatçap nömrəmə məni jurnalist kimi obyektiv olmamaqda günahdıran mesaj ünvanlayıb. Özü də ərkanə üslubda. Guya ki, mən ona edilmiş hansısa xüsusi diqqətə görə Naxçıvanın elmi potensialını darmadağın dağıdan bir adama məddahlıq etməli imişəm. Elbrus müəllim, o mesajın sizin arzunuzla mənə ünvanlandığının fərqindəyəm və bunu məni axmaq yerinə qoymağınız kimi qiymətləndirirəm. Hazırda da öz digər adamlarınızı da bu işə səfərbər edib yanlışınızı davam etdirirsiniz. Sizin tərəfdarlarınız NDU-da baş verən özbaşınalıqları, rüşvətxorluqları keçmiş prorektorunuz Seymur Talıbovun adına yazırlar. Dünənə qədər qol-boyun olub tələbələri qaz kimi yolduğunuz bir adama qarşı bu hərəkətin nə qədər əxlaqi olub-olmadığını müəyyənləşdirməyi sizinlə Seymurun ixtiyarına buraxıram. Mən hər halda Seymurun vəkili deyiləm ki, onun haqqını müdafiə edəm. Məni maraqlandıran başqa məsələlərdir. Əvvəla, NDU-nun rektoru siz idiniz, yoxsa Seymur "müəllim"? Dünənə qədər Seymurun arxasında gizlənib NDU-nu rüşvət ocağına çevirməyiniz azmış kimi, indi də ondan qalxan kimi istifadə etməyiniz müəllim, ziyalı adı daşıyan bir şəxsə yaraşmaz. Bunu özünüzə necə yaraşdırmağınız sizin vicdani məsuliyyətinizə aid məsələ olduğundan mənə o qədər də dəxli yoxdur. Məni maraqlandıran əsas məsələ isə özümlə bağlıdır. Etiraf edim ki, məni axmaq yerinə qoymağınız və bütün xəbərdarlıqlarıma baxmayaraq bu işi davam etdirməyiniz qüruruma toxunur. Məni məcbur edirsiniz, indiyədək NDU-dan mənə ünvanlanan şikayət məktublarını yayımlayam. Əgər həqiqətən də istədiyiniz budursa, bilin və agah olun, mən əlimdəki sizinlə bağlı bütün materialları paylaşacağam. Bir az səbrli olun və vaxtınızı gözləyin. Və trollarınızı mənim səhifəmdən çəkib yerlərinə oturdun". Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |