Əsas Səhifə > Hadisə, Manşet > Zaur Mikayılovun TENDER MƏZƏSİ...
Zaur Mikayılovun TENDER MƏZƏSİ...9-01-2023, 09:51 |
Azərbaycanda dövlət satınalmalarında aktiv olan və eyni dövlət qurumu ilə uzun müddət əməkdaşlıq edən daha bir şirkət aşkar edilib. DİA.AZ bildirir ki, əslində Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 5 ildən artıqdır ki, eyni şirkətə eyni mahiyyətli tenderləri qazandırması həm də o deməkdir ki, qurumun hazırki sədri Zaur Mikayılovun gəlişi də heç nəyi dəyişməyib. Yəni Azərbaycanın SUVARMA İŞİ elə Əhmədzadənin dövründə olduğu kimi QARƏT OLUNUR. Hər halda bu fakta nəzər salmaqla ortaya yetərincə cinayət xarakterli faktları çıxarmaq olar. Təbii ki, bu da hüquq-mühafizə orqanlarının işidir. Onlar öyrənə bilərlər ki, 2021-ci ildən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri postunu tutan Zaur Mikayılov cənabları ümumiyyətlə, rəhbəri olduğu qurumun tender siyasəti ilə maraqlanırmı... Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |