Əsas Səhifə > Hadisə, Manşet > Tovuzda ANTİMİLLİ AB-HAVA...
Tovuzda ANTİMİLLİ AB-HAVA...26-12-2022, 09:01 |
DİA.AZ: - Tovuzda rayon rəhbərliyi hansı məzhəbə qulluq edir... bu artıq kifayət qədər şübhəlidir. DİA.AZ bildirir ki, bunu elə aşağıda təqdim edəcəyimiz videofaktlardan da görmək olar. Aydın olur ki, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov ölkəmizin milli dəyrlərinə münasibətdə az qala düşmən münasibət sərgiləməkdədir. Hər halda bunun başqa adı yoxdur. Əgər belə olmasaydı, Tovuzda - Azərbaycanda milli dəyərlərin bir zamanlar xüsusi tabu kimi hifz olunduğu qədim diyarımızda bayrağımıza və məhz Tovuzda şəhid olmuş Milli Qəhrəman Polad Həşimova ögey, yad münasibət sərgilənməzdi. Videodan da göründüyü kimi, yalnız vətəndaşın video çəkilişindən sonra yerli RİH işçiləri tədbirə əl atırlar. Şağıda təqdim edəcəyimiz fakt isə daha da acınacaqlıdır... Hər halda, bu faktlara görə təkcə Tovuz RİH başçısı yox, bu gün Məmməd Məmmədovu himayə edənlər də cavab verməlidirlər. Cavab verməlidirlər ki, nədir bu ögeyliyin səbəbi... Ölkə rəhbərliyi milləti Qərbi Azərbaycan, Güney Azərbaycan kimi mühüm ideyalar ətrafında səfərbər etdiyi bir məqamda Tovuzun başbilənləri sanki bu siyasətin əksinə gedirmiş kimi kurs götürüb... Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfin də izahatını dinləməyə hazırıq... Geri qayıt |