Əsas Səhifə > Hadisə, Manşet > Ağalar Vəliyevin maliyyə fəaliyyətinə NƏZARƏT OLUNURMU?
Ağalar Vəliyevin maliyyə fəaliyyətinə NƏZARƏT OLUNURMU?29-11-2022, 09:42 |
DİA.AZ: - Adı müxtəlif qalmaqallarda hallanan və son günlər daha da aktivləşmiş kimi görünən deputat Ağalar Vəliyevin şübhəli biznesi və bu işdə ayrı-ayrı dövlət qurumlarının yaxından iştirakı hər zaman yerli KİV-in diqqət mərkəzində olub. DİA.AZ bildirir ki, bu barədə dəfələrlə araşdırma materialları da təqdim olunub. Amma nədənsə hörmətli Ağalar müəllim və onun mətbu işini həyata keçirən səlahiyyətliləri bu barədə susmağa üstünlük verirlər... DİA.AZ xatırladır ki, bu günlərdə daha bir şok məlumat ölkə gündəminə düşdü. Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin xaricdə daha bir biznesi aşkarlanması faktı yerli KİV-də rezonans yaratdı. DİA.AZ xəbər verir ki, həmin dönəmdə, təzminən 1 ay əvvəl sözügedən məlumatı araşdırmçı jurnalist Cavanşir Həsənli yaymışdı. Məlumatda deyilirdi ki, deputatın oğluna məxsus olan dörd mərtəbəli, dörd ulduzlu otel Türkiyənin İstanbul şəhərinin Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşir. Otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur. Qeyd edək ki, Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. Xatırladaq ki, deputat Ağalar Vəliyev "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. Ağalar Vəliyev eyni zamanda Bakı, Sumqayıt və Abşeronda yaşayış binalarının tikintisi ilə məşğul olan "Kristal Abşeron" MTK-nın da sahibidir. DİA.AZ xatırladır ki, hələ də deputat yayılan bu xəbərə mövqe bildirməyib. Və bu barədə aparıdğımız araşdırmalar da bunu təsdiqlədi. Yəni hansısa təkzib xəbərinə rats gəlmədik və əksinə, belə məlum oldu ki, sözügedən fakt haqlı olaraq deputatın ölkədən maliyyə çıxarması kimi təqdim olundu. Və ortaya belə bir sual da atılıb: Ağalar Vəliyevin maliyyə fəaliyyətinə NƏZARƏT OLUNURMU? Hər halda maraqlı sualdır və cavabı kifayət qədər hüquqi çalar daşıya bilər... Məsələ ilə əlaqədar diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |