Əsas Səhifə > Hadisə, Manşet > "Hidro Construction" MMC bir məktəbi təmir edib qurtara bilmir...

"Hidro Construction" MMC bir məktəbi təmir edib qurtara bilmir...


5-11-2022, 10:32
"Hidro Construction" MMC bir məktəbi təmir edib qurtara bilmir...
DİA.AZ: - "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “"Xətai rayonu, 263 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yerinin və ətrafının abadlaşdırılması"nın satınalınması” tenderlərinin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, tenderin qalibi "Hidro Construction" MMC şirkəti olub. Şirkətlə 1 milyon 096 min 838 manat məbləğində müqavilə imzlanıb.

Onu da qeyd edək ki, "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “ ilk dəfə deyil ki, "Hidro Construction" MMC-yə belə qucaq açır. DİA.AZ xatırladır ki, elə təkcə keçən il eyni vaxtda sözügedən şirkətə 5 tender "qazandırıldı" ki, bu da nəticədə 30 milyon manatlıq İŞ HƏVALƏSİ İDİ...

Həmin dönəmdə yayılan informasiyada qeyd olunurdu ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC 5 tenderin nəticəsini açıqlayıb və burada da "Hidro Construction" MMC-nin adı keçirdi.

DİA.AZ bildirir ki, burada diqqətçəkəni odur ki, "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “ eyni məqsədlə keçən ilin dekabr ayında Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsindəki 263 saylı tam orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülərək yeni korpuslarının inşası üzrə 11 643 milyon manatlıq tenderin qalibi kimi "Hidro Construction” şirkətini elan etmişdi. Yəni son açıqlamadan aydın olur ki, "Hidro Construction" MMC bir məktəb üçün artıq 13 milyonluq vəsaiti xərf edib və iş hələ bitməyib.

Hər halda, gərəkən dövlət qurumlarının bu işi araşdırması zərurəti mövcuddur.

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt