Əsas Səhifə > Hadisə, Manşet > Anar Hüseynovla bağlı TƏFTİŞ BAŞLAYIB?
Anar Hüseynovla bağlı TƏFTİŞ BAŞLAYIB?6-10-2022, 10:58 |
DİA.AZ: - Hələ keçən günlərdə DİA.AZ olaraq Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar düövlət büdcəsinin qarəti prosesi müşahdiə olunması ilə bağlı həyəcan təbili çaldıq və ortaya konkret faktları təqdim etdik. Belə ki, bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gislətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər. DİA.AZ-a verilən məlumatda deyilitdi ki, sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib. Məlumat təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır: "Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb". Bununla bağlı DİA.AZ-a danışan mənbə bir məsələ ilə olaya yekun diqqəti çəkmiş oldu. KTN-dəki qaynaq iddia edir ki, Anar Hüseynovun fəaliyyətinin hüquq-mühafiqə orqanları tərəfindən araşdırıldığı haqda xəbərlər dolaşır və ola bilsin ki, hələlik kənardan aparılan bu proses nazirlikdə XÜSUSİ ƏMƏLİYYATLA yekunlaşsın: "Anar Hüseynovun təkcə bu əməlləri yox, eləcə də kadr işlərinə müdaxilə edərkən aldığı rüşvətlər, habelə tenderlərdəki hoqqabazlıqları da araşdırma predmetidir". Məsələ ilə əlaqədar bütün aidiyyatı qurum və şəxslərin mövqelərini diaaz.space olaraq işıqlandırmağa hazırıq... Bizi izləməkdə davam edin. Əlavə bilgilərimiz olacaq... Geri qayıt |