Əsas Səhifə > Dünya > Tramp Madurodan Venesuelanı tərk etməsini tələb edib
Tramp Madurodan Venesuelanı tərk etməsini tələb edibBu gün, 10:32 |
|
ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nikolas Maduro ilə keçirdiyi qısa telefon danışığından sonra Venesuela liderinin ölkəni ABŞ təminatlı təhlükəsiz keçidlə tərk etməsi üçün imkanları xeyli azalıb. APA xəbər verir ki, bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb. Agentliyə danışan dörd mənbənin bildirdiyinə görə, Tramp söhbət zamanı Maduronun bir sıra tələblərini rədd edib. Mənbələrə əsasən, 15 dəqiqədən az davam edən telefon danışığında Tramp Maduroya Venesuelanı ailəsi ilə birlikdə bir həftə ərzində tərk etməli olduğunu bildirib və istənilən ölkəni seçə biləcəyini vurğulayıb. Bu müddət 28 noyabrda başa çatıb. Bunun ardınca Tramp 29 noyabrda “Truth Social” platformasında paylaşım edərək, “bütün aviaşirkətlərin, pilotların, narkotik və insan alverçilərinin” Venesuela üzərində və ətrafında hava məkanını “tamamilə bağlı” hesab etməli olduqlarını qeyd edib. “Reuters“ yazır ki, Maduro telefon danışığında ölkəni tərk etməyə hazır olduğunu bildirib, lakin bunun üçün tam hüquqi amnistiya, bütün ABŞ sanksiyalarının ləğvi, həmçinin ona qarşı Beynəlxalq Cinayət Məhkəməsində aparılan prosesin dayandırılmasını tələb edib. O, ABŞ sanksiyalarının 100 Venesuela rəsmisi üçün də aradan qaldırılmasını istəyib. Bundan əlavə, yeni seçkilərə qədər keçid hökumətinə hazırkı vitse-prezident Delci Rodrigezin rəhbərlik etməli olduğunu vurğulayıb. Mənbələrin sözlərinə görə, Tramp Maduronun tələblərinin böyük əksəriyyətini rədd edib. Buna baxmayaraq, Maduroyun Venesuelanı tərk etməsi ilə bağlı danışıqların davam etdirilə biləcəyi istisna olunmur. *** 07:57 ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də Venesuela lideri Nikolas Maduro ilə telefon danışığı zamanı ondan ölkəsindən bir həftə ərzində getməsini tələb edib. APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, liderlər arasında söhbət 15 dəqiqədən az davam edib. Danışıq zamanı Tramp Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etmək və istədiyi yerə getmək üçün bir həftə vaxtının olduğunu bildirib. Məqalədə bu müddətin 28 noyabr cümə günü başa çatdığı aydınlaşdırılıb. Buna cavab olaraq Tramp 29 noyabrda "Truth Social"da yazıb ki, bütün aviaşirkətlər, pilotlar, narkotik və insan alverçiləri Venesuela üzərindəki hava məkanını tamamilə bağlamalıdırlar. Geri qayıt |