Əsas Səhifə > Dünya > ABŞ-ın xəbərdarlığından sonra altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib

ABŞ-ın xəbərdarlığından sonra altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib


Bu gün, 05:59

ABŞ aviasiya idarəsinin xəbərdarlığından sonra altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib.

APA xəbər verir ki, bu barədə “Agence France-Presse” Venesuela Hava Yolları Assosiasiyasının (ALAV) prezidentinə istinadən məlumat verib.

Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Venesuela bölgəsində pisləşən təhlükəsizlik vəziyyəti və Venesuela və ətrafında artan hərbi fəaliyyət səbəbilə uçuşlara risklər barədə bildiriş (NOTAM) göndərib.

Bildirişin 21 noyabr 2025-ci ildən 19 fevral 2026-cı ilə qədər qüvvədə olduğu bildirilir.


Geri qayıt