Əsas Səhifə > Dünya > ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdırBu gün, 05:44 |
|
ABŞ Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır və Ukraynaya silah tədarük etməyə davam edəcək. APA xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib. O, ABŞ-ın Rusiya atəşkəs çağırışlarını qulaqardına vurmağa davam edəcəyi təqdirdə ona əlavə təzyiq göstərməyə hazır olduğunu vurğulayıb. "Biz həmçinin Ukraynanın müdafiəsi üçün silah tədarük etməyə davam edəcəyik", - Uolts əlavə edib. Geri qayıt |