Əsas Səhifə > Dünya > ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır

ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır


Bu gün, 07:19

Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni plan hazırlamaq məqsədilə Moskva ilə gizli məsləhətləşmələr aparır və bu prosesə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

"Report"un xəbərinə görə, bu barədə "Axios" portalı ABŞ və Rusiyanın adları çəkilməyən rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin 28 maddəlik planı Prezident Donald Trampın Qəzza ilə bağlı razılığa gəlmək üçün uğurlu səylərindən ilhamlanıb. Rusiyanın yüksək vəzifəli rəsmisi "Axios"a plana nikbin baxdığını bildirib.

Portal qeyd edib ki, Vaşinqton təkcə Ukraynanın deyil, həm də Avropa rəsmilərini yeni plan barədə məlumatlandırmağa başlayıb: "Lakin Ukrayna və onun Avropa tərəfdaşlarının buna necə reaksiya verəcəyi hələ də bəlli deyil".

Planı dörd əsas kateqoriyaya bölmək olar: Rusiya-Ukrayna arasında sülh, Kiyev üçün təminatlar, Avropada təhlükəsizlik, ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri.

Ukrayna rəsmisi "Axios"a təsdiqləyib ki, Uitkoff bu həftənin əvvəlində Mayamidə keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin milli təhlükəsizlik müşaviri Rustem Umerovla planı müzakirə edib.


Geri qayıt